AZXEBER.COM "Axios"a istinadən xəbər verir ki, bu barədə Tramp jurnalist Barak Ravidə müsahibəsində deyib.
Tramp bildirib ki, Netanyahuya "niyə bu zərbəni endirdi" deyə etiraz edib və baş nazir barədə sərt ifadələr işlədib.
"Mən çox qəzəbli idim. Mən ona bunu açıq şəkildə dedim. Onun heç bir sağlam düşüncəsi yoxdur", - deyə Tramp bildirib.
Jurnalistlərin məlumatına əsasən, Tramp ABŞ və İran arasında razılaşmanın yaxın saatlarda ilkin şəkildə rəqəmsal formada, daha sonra isə Avropada rəsmi şəkildə imzalana biləcəyini də qeyd edib.









































