Azərbaycanın Siyəzən rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, rayon ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində qidadan zəhərlənən 57 nəfər rayon xəstəxanasına gətirilib.
Onlardan 15-i kişi, 24-ü qadın və 18-i uşaq olub. Zəhərlənən şəxslərin hamısınınŞabran rayonunun Ağbaş kənd sakinləri olduğu bildirilib. İlkin araşdırmalar zamanı həmin şəxslərin avqust ayının 21-də Siyəzən rayonu ərazisindəki şadlıq sarayında keçirilmiş toy məclisində qidadan (paytaxt salatı) zəhərlənmələri müəyyən edilib.
Onlara ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.