Azərbaycanda toyda dava düşdü- 1 nəfər öldü

Azərbaycanda toyda dava düşdü- 1 nəfər öldü
Bütün Xəbərlər
15:16 21.10.2014
3415
Ağdaşda toyda dava düşüb.
AZXEBER.COM DİN-in saytına istinadən xəbər verir ki, oktyabrın 20-də saat 22 radələrində Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində keçirilən toy məclisində Rusiya Federasiyası vətəndaşı Ərəstun Əşrəfli münaqişə zəminində kənd sakini İsgəndər Umarova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilən İ.Umarov ölüb.
İsgəndər Umarovu qətlə yetirmiş Ərəstun Əşrəflinin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə cinayət işi başlanılıb.
OXŞAR XƏBƏRLƏR