Azərbaycanda toyda gəlinin qardaşları bıçaqlandı

Azərbaycanda toyda gəlinin qardaşları bıçaqlandı
Bütün Xəbərlər
13:37 02.07.2013
1943

Qardaşları bıçaqlayan şəxs hadisə yerindən qaçıb

Ötən gün günorta saat 13:00 radələrində İmişli şəhərində toyda qan tökülüb. İmişli rayon prokurorluğunun müstəntiqi Vuqar Məmmədzadənin ANS PRESS-ə verdiyi məlumata görə, “Nuray” şadlıq sarayında Sərxan Bəşirov və Vasif Bəşirov bıçaqlanıblar. Hadisə toy zamanı baş verib. Mehman Şəmmədov qəfil həmin şəxslərə hücum edərək bıçaqlayıb. Daha sonra isə hadisə yerindən qaçıb. Hazırda 2 nəfəri bıçaqlayan şəxsi polis axtarır. Qeyd edək ki, Sərxan və Vasif Bəşirov gəlinin qardaşları olub.

OXŞAR XƏBƏRLƏR