Azərbaycanda toylar bərpa edilir? - Şadlıq saraylarında yer yoxdur

Azərbaycanda toylar bərpa edilir? - Şadlıq saraylarında yer yoxdur
SOSİAL
15:25 23.09.2020
2451

Toylar oktyabr ayından bərpa edilə bilər.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, son bir neçə gün ərzində ərazi icra hakimiyyətlərindən şadlıq evlərinə ünvanlanan sorğular belə deməyə əsas verir. Şadlıq evləri də artıq müəyyən hazırlıqlara başlayıblar. Paytaxt ərazisində yerləşən obyektlərin administratorlarının sözlərinə görə, son 1-2 gündə sifariş yazdıranların sayında müəyyən artım hiss edilir. Əsasən toyları karantinə görə dəfələrlə təxirə düşən müştərilər müraciət edirlər. Amma onların arasında yeni müştərilər də az deyil.

Hələlik toyların bərpası ilə bağlı rəsmi məlumat olmasa da, bəzi restoranlarda oktyabr ayına boş yer tapmaq belə mümkün deyil. Mərasimlərin Məhərrəm ayından - oktyabrın 18-dən sonra bərpa ediləcəyi istisna edilmir. Saray rəsmiləri hələlik dəqiq məlumat olmadığı üçün yeni qiymət siyasətləri ilə bağlı da məlumat verə bilməyəcəklərini deyirlər.

8-ci km ərazisində yerləşən şadlıq saraylarından birinin administratorunun sözlərinə görə, icra hakimiyyətindən restoranın ərazisinin neçə kvadrat metr olması, zalların ölçüsü, müştəri tutumları ilə bağlı dəqiqləşmələr aparılır. "İcradan zəng edib açılacağını deyiblər. Lakin hələ dəqiq tarix bəlli deyil. Bütün obyektlərdən say, sahə soruşurlar. İndi ona uyğun tarix və qonaq sayı deyəcəklər. Məsələn, 400 nəfərlik zala nə qədər adam, 200 nəfərlik zalda neçə adam olsun. 99 faiz toyların bərpa ediləcəyini gözləyirik".

Həmin ərazidəki başqa bir şadlıq evində isə 1-2 günə şərtlərin açıqlanacağı və əmrin çıxmasını gözlədiklərini deyiblər. "Biz də gözləyirik. Sifarişləri dekabr, noyabr aylarına da qəbul edirik. Sifarişlərimiz çoxdur. Bunların əksəriyyəti toyları təxirə salınanlardır. Gözləyirik ki, əmr verilsin, biz də işimizi bilək".

20 Yanvar ərazisində yerləşən şadlıq evlərindən birinin rəsmisi də qeyd edib ki, bütün ərazilər üzrə həm mərasim zalları, həm şadlıq evləri ilə bağlı siyahı hazırlanır, tutumla bağlı məlumat toplanır. "Sözsüz ki, məhdudiyyətlə olacaq. 300-500 nəfərlik toyların olacağını gözləmirik. Ümumiyyətlə, oktyabr ayında mərasimlərin başlayacağına da inanmırıq".

Paytaxtın daha bir populyar sarayından icra hakimiyyəti tərəfindən hazırlanan siyahının Operativ Qərargaha təqdim edilmək üçün hazırlandığı qeyd edilib. "Mənim özümlə danışıblar. Deyiblər ki, bizdən siyahını Operativ Qərargah götürəcək. Ehtimal ki, toylar Məhərrəmlikdən sonra başlayar. Oktyabrda bizdə ümumilikdə yer yoxdur. Ayın 18-dən axırına kimi doluyuq. Onların arasında təxirə düşənlər də, yeni müştərilər də var".

Bakının şadlıq saraylarının daha çox olduğu istiqaməti - Çobanzadə küçəsindəki obyektlərdə zalların tutumunun yarısı qədər qonaqla toy etməyə icazə veriləcəyini gözləyirlər. "Yəqin ki, 300 nəfərlik zallarda 150-120 nəfərlə toya icazə verərlər".

Şadlıq evləri ilə bağlı qeydiyyat Bakı ilə yanaşı rayonlarda da başlayıb. Şəkidən verilən məlumata görə, qurumdan zalların sahəsi, qonaq tutumu ilə bağlı məlumat toplanılıb. "Soruşduq ki, nə məsələdir. Dedilər, ola bilsin ki, şadlıq evləri açıldı. Bakıdan istəyiblər. Rəsmi məlumat hələ ki yoxdur. Elə etməliyik ki, nə müştəri, nə də biz ziyana düşməyək. Qiymət artımı da gözləniləndir. Amma təki açılsın, bir təhər həll edərik".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
10:26 17.10.2026
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər