Azərbaycanda universitet yaxınlığında 21 yaşlı oğlan özünü asdı

Azərbaycanda universitet yaxınlığında 21 yaşlı oğlan özünü asdı
Bütün Xəbərlər
11:44 23.10.2012
1828
Bu gün səhər saat 09.00 radələrində Gəncə şəhərində intihar hadisəsi baş verib. Şəhər Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Gülüstan qəsəbəsində, Azərbaycan Dövlət Aqrar Universitetinin yaxınlığındakı fərdi evdə Kəlbəcər rayonundan olan məcburi köçkün, 1991-ci il təvəllüdlü Mirzəyev Rizvan Zahid oğlu özünü asıb. 21 yaşlı oğlanın meyiti həyətdəki tut ağacından asılı vəziyyətdə tapılıb. İntiharın dəqiq səbəbləri məlum olmasa da, 21 yaşlı R.Mirzəyevin gözünün nisbətən tutulduğu bildirilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR