“Xalq qəzeti”nin baş redaktorunun sabiq müavini, Sumqayıt Dövlət Universitetinin prorektoru İbrahim Nizami oğlu Ömərov vəfat edib. APA-nın məlumatına görə, uzun illər “Xalq qəzeti”ndə çalışmış İbrahim Ömərov bir ay əvvəl Sumqayıt Dövlət Universitetinə prorektor təyin olunub. Onun infarkt nəticəsində dünyasını dəyişdiyi bildirilir. Mərhum bu gün torpağa tapşırılacaq.