Azərbaycanda uşaq-gəlinlərin sayı artdı

Azərbaycanda uşaq-gəlinlərin sayı artdı
Bütün Xəbərlər
11:47 18.07.2015
1714
Dövlət Statistika Komitəsi məlumat yayıb.
Azərbaycanda 18 yaşadək nikah bağlayan gəlinlərin sayı 2 dəfə artıb.
Dövlət Statistika Komitəsindən AZXEBER.COM-a verilən məlumata görə, 2013-cü ildə 86 852, 2014-cü ildə isə 84 912 rəsmi qeydə alınmış nikah bağlanıb.
Bu sayın azalmasına baxmayaraq, ötən il ərzində yaşı 18-dək olan qızların rəsmi nikaha daxil olması halları artıb. Azərbaycanda 2013-cü ildə 18 yaşadək gəlinlər tərəfindən 229, 2014-cü ildə isə 479 rəsmi qeydə alınmış nikah bağlanıb. Son iki ildə rəsmi qeydə alınmış nikaha daxil olan 18 yaşadək oğlanların sayı 2 nəfər olub.
OXŞAR XƏBƏRLƏR