Azərbaycanda uşaq tonqala yıxıldı

Azərbaycanda uşaq tonqala yıxıldı
SOSİAL
22:36 26.02.2019
7569
Daşkəsən rayonunda uşaq ehtiyatsızlıqdan yıxılaraq ağır xəsarət alıb.

AZXEBER.COM "Report"a istinadən bildirir ki, rayonun Alunitdağ qəsəbəsində qalanan çərşənbə tonqalının kənarına toplaşan uşaqlardan biri - 11 yaşlı oğlan yıxılaraq başı daşa dəyib.

Ağır kəllə-beyin travması alan uşaq xəstəxanaya yerləşdirilib. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR