Füzulidə qəzada ölənlər hərbçilərdir - ADLARI

Füzulidə qəzada ölənlər hərbçilərdir - ADLARI
HADİSƏ
12:07 19.04.2026
457
Xəbər verdiyimiz kimi, Füzulidə yol qəzası baş verib.

AZXEBER.COM xəbər verir ki, hadisə Böyük Bəhmənli kəndi ərazisində baş verib.
 
"Mercedes" markalı avtomobil "VAZ"2107 markalı maşınla toqquşub. Qəza zamanı 1990-cı il təvəllüdlü Vəliyev Əli Canbul oğlu və 2000-ci il təvəllüdlü Talıbov Mirqəşəm İsmayıl oğlu hadisə yerində həyatını itirib.

2 nəfər yaralı- 1995-ci il təvəllüdlü Süleyman Süleymanov və 2001-ci il təvəllüdlü Rəşad Namazəliyev isə xəstəxanaya çatdırılıb.

Qəza zamanı ölənlərin hərbçi olduğu, xəsarət alan R.Namazəliyevin isə ANAMA əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR