Azərbaycanda uşaqlar arasında virusların yayılması xəbərinə reaksiya

Azərbaycanda uşaqlar arasında virusların yayılması xəbərinə reaksiya
Bütün Xəbərlər
16:28 11.08.2015
1107
Valideynlərin öz uşaqlarına qarşı maksimum diqqətli olması vacibdir.
Son günlər azyaşlı uşaqlar arasında spesifik virusların yayılması haqda məlumatlar yayılır.
Məslə ilə bağlı Elmi Təhqiqat Pediatriya Institutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev Oxu.Az-a bildirib ki, uşaqlar arasında qusma, ishal və yüksək hərarət kimi əlamətlərlə müşayiət olunan və ağır fəsadlar əmələ gətirən xəstəliyin yayılması haqqında məlumatlar heç bir kütləvi hal daşımır və tibb müəssisələrinə müraciətlərdə artım müşahidə olunmur.
Ölkənin baş pediatrı N.Quliyev bu məlumatların həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, uşaqlar arasında qusma və izhalla müşayiət olunan və qastroenterit adlanan xəstəlik mövsimi xarakterlidir və bir qayda olaraq yay mövsümündə bu xəstəliklərin sayında nisbətən artım müşayiət olunur.
Bu diaqnoz müxtəlif səbəblərdən, o cümlədən, yay mövsümündə qidaların tez xarab olması, eləcə də uşaqlara yaşına uyğun olmayan qidaların verilməsi, yaxud isti havada gün şüalarının altında çox qalmaları ilə əlaqədar ola bilər.
Baş pediatr, eyni zamanda, yay mövsümündə istər bakteriya, istərsə də virusların tərəfindən törədilən qastroenteritlər baş verə biləcəyini də istisna etmir.
Belə hallardan qorunmaq üçün ilk növbədə valideynlərin öz uşaqlarına qarşı maksimum diqqətli olması və bənzər əlamətlərlə vaxtında həkimə müraciət etməsi vacibdir.
OXŞAR XƏBƏRLƏR