Azərbaycanda uşaqlar internetdə daha çox nə ilə maraqlanırlar?

Azərbaycanda uşaqlar internetdə daha çox nə ilə maraqlanırlar?
SOSİAL
19:15 03.09.2018
4769

"Kaspersky Lab" şirkətinin dünya üzrə məlumatına görə, bu yay uşaqlar sosial şəbəkələrdə ünsiyyətə deyil, video-məzmun və musiqiyə üstünlük veriblər. Bununla belə, ən məşhur portallar "Facebook" və "YouTube" olub.

Milli.Az xəbər verir ki, şirkətdən Trend-ə verilən məlumata görə, yay aylarında "Netflix", "Spotify", "Soundcloud" və "iTunes" platformaları maraq doğurublar. Lap balacalar isə "Nickelodeon", "Cartoon Network" və "Disney Channel" kanallarına üstünlük verib və Spanç Bob ("SpongeBob SquarePants") haqqında multfilimləri izləyiblər.

Artıq neçənci ildir ki, yeniyetmələr arasında rep musiqi janrı daha populyardır, məktəblilər digər repçilərə nisbətən əsasən "XXXTentacion" haqqında məlumat axtarıb və onun mahnılarını digərlərindən daha çox dinləyiblər.

Azərbaycanda proqram təminatı, video və musiqi yer alan saytlara daxil olan gənc istifadəçilərin payı 35,4% təşkil edib. Bundan başqa, yayda uşaqlar onlayn alış-veriş və xəbər resursları ilə daha çox maraqlanıblar: məsələn, BBC, CNN və "BuzzFeed". Bu dövrdə Azərbaycanda xəbər saytlarına daxil olan uşaqların payı praktik olaraq 6,5% təşkil edib.

Arzuedilməz məzmuna gəldikdə isə, "Kaspersky Lab"ın məlumatına görə, məktəblilər alkoqol, tütün və narkotiklərlə bağlı veb-resurslara az daxil olublar. Azərbaycanda bu cür saytlara daxil olan uşaqların payı 4%-dən aşağı olub.

"Kaspersky Lab"ın məzmun analizi üzrə eksperti Anna Larkina bildirib: "Statistika göstərir ki, dünya üzrə müasir uşaqların və yeniyetmələrin maraqları dəyişir: məsələn, yayda onlar xəbər resursları ilə maraqlanmağa başlayıb, kompüter oyunları ilə bağlı saytlara isə maraqları azalıb. Bu, onunla izah olunur ki, bu gün KİV-də, məsələn, yalnız siyasi və iqtisadi mövzular deyil, həmçinin, mədəniyyət, əsasən də, musiqi hadisələri işıqlandırılır. Lakin uşaqların maraqlarının dəyişməsindən asılı olmayaraq valideynlər onların təhlükəsizliyini və internetdə arzuolunmaz məzmun barədə unutmamalıdırlar. Belə hallarda bir çox xoşagəlməz hadisələrdən ailədə etibarlı münasibətlərin qurulması kömək edə bilər, texnoloji baxımdan isə uşaqlar üçün onlayn təhlükəsizlik üzrə proqramlar böyüklərin yardımçısı ola bilər".

"Kaspersky Total Security" və "Kaspersky Internet Security" həlləri "Valideyn nəzarəti" moduluna malikdirlər ki, bu funksiya böyüklərə uçaqları kibertəhdidlərdən qorumağa, əsasən, arzuolunmaz məzmunlu sayt və əlavələri bloklamağa imkan verir. "Kaspersky Safe Kids" məhsulu isə valideynlərə uşağın sosial şəbəkələrdə dərcləri və onun dostlar siyahısında edilən dəyişikliklərə nəzarət etməyə, həmçinin, uşağın real rejimdə harda olmasını bilməyə kömək edir.

Uşaqların internetdə bu yay fəallıqları ilə bağlı ətraflı məlumat linkdə: https://securelist.ru/kids-summer-threats/91210/.

*Axtarış sorğusunun anonimləşdirilmiş statistikasına əsaslanan məlumatlar (fərdi kompüter, həmçinin "Android" və "iOS") və veb-saytlara giriş (fərdi və "Mac" kompüterlərindən) 2018-ci ilin iyun ayından avqust ayının ortasınadək "Kaspersky Lab"ın həlləri vasitəsilə əldə olunub.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
17:03 06.07.2026
"AzerGold" QSC 10 illik fəaliyyətini uğurla tamamlayır: dayanıqlı inkişaf, iqtisadi töhfə və yeni hədəflər – VİDEO
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
16:37 06.07.2026
Rusiya səfiri Azərbaycan XİN-ə çağırıldı - Rəsmi Bakı Moskvaya nota verdi
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
16:23 06.07.2026
Rusiya: Ukrayna NATO Zirvəsi ərəfəsində özünü göstərmək üçün hücum edib
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
16:07 06.07.2026
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
15:39 06.07.2026
İsti havada işləyənlərə xəbərdarlıq: Bu saatlarda çöldə olmaq təhlükəlidir
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
15:28 06.07.2026
Şirvanda çətənə kolları yetişdirən səxş saxlanıldı
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
15:26 06.07.2026
Rusiyada yeni qadağa: "Google" və "Apple ID" ilə girişlər ləğv edilir
Azərbaycanlı gənclərin beynəlxalq yarışda növbəti uğuru
15:20 06.07.2026
Azərbaycanlı gənclərin beynəlxalq yarışda növbəti uğuru
Sosial Xidmətlər Agentliyi ilə BMqT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
15:12 06.07.2026
Sosial Xidmətlər Agentliyi ilə BMqT arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olundu
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
15:08 06.07.2026
Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
15:04 06.07.2026
Bu məktəblərdə ixtisas və məktəb seçiminə başlanıldı
Şirvanda 34000 manatlıq naqil oğurlayan üç nəfər saxlanıldı
14:46 06.07.2026
Şirvanda 34000 manatlıq naqil oğurlayan üç nəfər saxlanıldı
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
14:34 06.07.2026
Paşinyanın Rusiya səfəri nə vəd edir? - Ekspertdən açıqlama
Azyaşlı binanın damında velosiped sürdü – Polis araşdırmaya başladı - VİDEO
14:20 06.07.2026
Azyaşlı binanın damında velosiped sürdü – Polis araşdırmaya başladı - VİDEO
Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir? - DOSYE
14:15 06.07.2026
Prezidentin yüksək vəzifə verdiyi gənc kimdir? - DOSYE
Elmi araşdırma: Yer üzündə son bitki nə zaman məhv olacaq?
14:15 06.07.2026
Elmi araşdırma: Yer üzündə son bitki nə zaman məhv olacaq?