Azərbaycanda vəzifəli şəxs həbs olundu - RƏSMİ

Azərbaycanda vəzifəli şəxs həbs olundu - RƏSMİ
SOSİAL
18:00 17.10.2019
6591
"Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-nin, habelə həmin cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin əməkdaşlarının qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinə daxil olan vətəndaşların müraciətləri əsasında araşdırmalar aparılıb.

Bu barədə AZXEBER.COM-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, ilkin araşdırmalarla "Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-nin işçilərinin özbaşına müxtəlif dövlət orqanlarının, o cümlədən hüquq mühafizə orqanlarının xüsusi geyim formalarından istifadə etməklə, özlərini həmin dövlət qurumlarının əməkdaşları kimi təqdim edib ayrı-ayrı sahibkarlıq subyektlərində yoxlama və digər tədbirlər adı altında qanunsuz hərəkətlər törətmələrinə dair əsaslı şübhələr müəyyən edilib. 

Qeyd edilən faktlarla yanaşı, "Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-nin təsisiçisi və faktiki rəhbəri, habelə həmin cəmiyyətin Bakı Regional Texniki Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsində işləyən Sahib Hüseynovun Sumqayıt şəhər sakinləri Elvin Əliyevi və Elbəy Allahverdiyevi təsisçisi olduğu "Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-yə mütəxəssis vəzifəsinə işə götürməyə görə həmin cəmiyyətin mütəxəssisi vəzifəsində işləyən öz qardaşı Hüseynov Ruslan Vahid oğlu vasitəsi ilə Elvin Əliyevdən 2 min manat, Elbəy Allahverdiyevdən isə 700 manat məbləğində pul vəsaitini rüşvət qismində almasına, bundan sonra qəbul etdiyi əmrlərlə həmin şəxsləri xüsusi geyim forması ilə təmin etməklə qeyd edilən şirkətdə mütəxəssis vəzifəsinə təyin etməsinə, daha sonra törətmiş olduğu həmin cinayət əməlini pərdələmək məqsədi ilə işə yeni qəbul edilmiş sözügedən işçilərin xidməti geyim forması, ixtisartırma və digər cari xərcləri ilə bağlı onlarla özü arasında saxta müqavilə bağlamasına və bu yolla da "Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-yə rüşvət qismində aldığı 2.700 manat pulun ödənilməsi barədə həmin müqavilənin məzmununa bilə-bilə yalan məlumatlar daxil edərək təsdiq etməsinə əsaslı şübhələr müəyyən edilib. 

Bildirilib ki, qeyd edilən qanunsuz hallarla bağlı fakta görə Baş İdarədə Cinayət Məcələsinin 308.1 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 311.1-ci (Rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb. 

Cinayət işi üzrə toplanan ilkin sübutlar əsasında Sahib Hüseynov Cinayət Məcəlləsinin 311.3.2 (Təkrar törədilməklə rüşvət alma)və 313-cü (Vəzifə saxtakarlığı)maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərəkbarəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib: "Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin, habelə "Dövlət Nəzarət Təhlükəsizlik Departamenti" MMC-nin əməkdaşlarının özünü dövlət qurumlarının vəzifəli şəxsləri kimi təqdim etməklə qanuni mənafelərini pozulan sahibkarlıq subyektlərinin dairəsinin tam müəyyənləşdirilməsi, habelə vurulmuş ziyanın ödənilməsinin təmin olunması istiqamətində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eyni zamanda, bu kimi cinayətlərin törədilməsinə səbəb və şərait yaradan halların müəyyən edilərək aradan qaldırılması və bu sahədə baş verən neqativ halların qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi istiqamətində zəruri tədbirlərin davam etdirilməsi təmin ediləcək".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Turizm Agentliyi daxili turizmin təbliği və təşviqi üçün media turların təşkilindən imtina etdi – 1 milyonluq layihə
12:35 01.07.2025
Turizm Agentliyi daxili turizmin təbliği və təşviqi üçün media turların təşkilindən imtina etdi – 1 milyonluq layihə
Qırğız Respublikasında Azərbaycan-Qırğızıstan Gənclərinin Düşərgəsi Təşkil Olunub – FOTOLAR
12:26 01.07.2025
Qırğız Respublikasında Azərbaycan-Qırğızıstan Gənclərinin Düşərgəsi Təşkil Olunub – FOTOLAR
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
12:17 01.07.2025
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
"Öldürülən Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik"
12:05 01.07.2025
"Öldürülən Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik"
İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak olub
12:01 01.07.2025
İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak olub
“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır
11:50 01.07.2025
“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır
Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib
11:41 01.07.2025
Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
11:31 01.07.2025
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
Etirazlar nəticə vermədi: "Azercell"in kəskin qiymət artımı ilə bağlı dəyişikliyi qüvvəyə mindi
11:30 01.07.2025
Etirazlar nəticə vermədi: "Azercell"in kəskin qiymət artımı ilə bağlı dəyişikliyi qüvvəyə mindi
Danışmağı ən çox sevən 4 BÜRC
11:27 01.07.2025
Danışmağı ən çox sevən 4 BÜRC
“Taksi sürücüsünün ixtiyarı yoxdur istədiyi mahnıya qulaq assın” - Əməkdar artist
11:24 01.07.2025
“Taksi sürücüsünün ixtiyarı yoxdur istədiyi mahnıya qulaq assın” - Əməkdar artist
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
11:24 01.07.2025
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Vüsalə Səid vəzifəsindən ayrıldı
11:22 01.07.2025
Vüsalə Səid vəzifəsindən ayrıldı
Rusiyalı müğənni keçmiş ərinin axtarışı üçün Fransa polisinə müraciət etdi
11:21 01.07.2025
Rusiyalı müğənni keçmiş ərinin axtarışı üçün Fransa polisinə müraciət etdi
İlham Əliyev Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
11:13 01.07.2025
İlham Əliyev Somali Prezidentinə təbrik məktubu ünvanlayıb
İran Prezidenti Xankəndiyə səfər edəcək
11:10 01.07.2025
İran Prezidenti Xankəndiyə səfər edəcək