İran Hörmüz boğazının tamamilə bağlandığını elan etdi
DÜNYA
02:13 01.08.2026
254
İranın Fars Körfəzi Su Yolları İdarəetmə Təşkilatı (PGSA) Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin tamamilə dayandırıldığını bəyan edib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
"Çoxsaylı suallarla bağlı diqqətinizə çatdırırıq: ABŞ Silahlı Qüvvələrinin regionda davam edən "təcavüzkar" əməlləri səbəbindən Hörmüz boğazından keçid hazırda bağlıdır", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bütün müraciətlərə növbəli şəkildə baxılacaq, sabitlik və asayiş bərqərar olunana kimi icazələr tədricən veriləcək.