Azərbaycanda videosu internetdə yayılan qızın intihar xəbəri yayıldı

Azərbaycanda videosu internetdə yayılan qızın intihar xəbəri yayıldı
Bütün Xəbərlər
00:03 08.10.2014
39899

Sosial şəbəkələrdən fərqli məlumatlar daxil olur.

Bir müddət əvvəl Azərbaycanda sosial şəbəkələrdə və mobil telefonlarda yayılan intim videoda görüntülənmiş gənc qızın intihar etdiyi bildirilir.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri yazıblar.

Məlumata görə, internet istifadəçiləri arasında daha çox “Allah səni öldürsün” kimi tanınan videoda əks olunmuş qız bu görüntülərin internetdə yayılmasından sonra rüsvayçılığa dözməyərək özünü öldürüb.

Bu gün ölkədə qeyri-iş günü olduğu üçün yayılmış məlumatı rəsmi orqanlardan dəqiqləşdirə bilməmişik. Lakin məsələ ilə bağlı araşdırmalar davam edəcək.

Qeyd edək ki, həmin intim görüntülərin yayılması ilə bağlı əldə olunmuş məlumata görə, videonu gənc qızın özü çəkərək, ayrıldığı sevgilisinə göndərib. Həmin şəxs isə bu videonu YouTube-də və digər sosial şəbəkələrdə yerləşdirib.

Və beləliklə, gənc qızın intihar etməsi ilə bağlı xəbər təsdiqini taparsa, həmin videonu internetdə yerləşdirilmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə (özünü öldürmə həddinə çatdırma, bu maddəyə əsasən üç ilədək azadlığın məhdudlaşdırılması cəzası yaxud üç ildən yeddi ilədək müddətdə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur) cinayət məsuliyyətinə cəlb oluna bilər.

Onu da vurğulamaq lazımdır ki, bəzən digər şəxslər haqqında bu tipli yaxud bənzər videogörüntüləri internetdə yerləşdirənlər həmin kadrların səbəb ola biləcəyi ağır nəticələr barədə düşünmürlər. Bir çox hallarda barələrində təhqiramiz xarakterli videogörüntülərin, fotoşəkillər yaxud yazıların yayıldığı bəzi insanlar çıxış yolunu intihar etməkdə görürlər.

Qeyd: Xəbər hələ ki, öz təsdiqini tapmayıb.

 

 

OXŞAR XƏBƏRLƏR