Azərbaycanda WhatsApp-ın zəng xidməti bərpa edildi

Azərbaycanda WhatsApp-ın zəng xidməti bərpa edildi
Bütün Xəbərlər
14:31 17.11.2015
1767
Yalnız Wi-Fi şəbəkəsi ilə.
Azərbaycanda da kifayət qədər populyar olan WhatsApp tətbiqinin zəng funksiyasına qoyulan qeyri-rəsmi qadağa qismən aradan qaldırılıb.
Oxu.Az xəbər verir ki, hazırda mobil internet vasitəsilə bu funksiya ilə zənglər mümkün olmasa da, Wi-Fi texnologiya ilə WhatsApp-dan zənglər etmək mümkündür.
Sınaqdan keçirdiyimiz provayderlərlə, Alfanet, Azeronline, Bakinternet, Citynet, Ultel-də bu funksiya ilə zəng etmək artıq mümkündür.
Qeyd edək ki, bir neçə gün əvvələ qədər WhatsApp-ın bu xidmətindən ölkəmizdə heç bir halda istifadə mümkün deyildi.
Messencerin bu xidmətin tətbiqinə başlamasından sonra servis Azərbaycanda işləsə də, sonradan WhatsApp-ın zəng funksiyası məhdudlaşdırılmışdı.
OXŞAR XƏBƏRLƏR