Azərbaycanda xanəndənin qohumları yanaraq öldü

MƏDƏNİYYƏT
13:56 03.03.2014
2311

Bakıda iki gün əvvəl yaşayış evində baş verən yanğında ölən ana və qızının Azərbaycanın xalq artisti, xanəndə Ağaxan Abdullayevin yaxın qohumları olduğu məlum olub.

AZXEBER.COM-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 2 otaqlı kürsülü evin 1 otağının döşəməsi 2 kv.m sahədə, 1 ədəd divan və 1 ədəd kreslo yanıb.

Yanğınsöndürənlər hadisə yerinə çatana kimi ev sahibi tərəfindən onun həyat yoldaşının və qızının meyitləri aşkar olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yaşayış evində baş verən yanğında ölən ana və qızının adları məlum olub.

Xəzər Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, martın 1-də saat 02 radələrində Xəzər rayonu Türkan qəsəbəsində Tərəvəz İbrahimovanın yaşadığı mənzildə yanğın baş verib.
Nəticədə T. İbrahimova və qızı Samirə Abdullayeva tüstüdən boğularaq ölüblər.
Fakta bağlı araşdırma aparılır.
Martın 1-də saat 02 radələrində Xəzər rayonu Türkan qəsəbəsindəki yaşayış evlərindən birində baş verən yanğında ölən Tərəvəz İbrahimovanın Ağaxan Abdullayevin qardaşının həyat yoldaşı, onun qızı Samirə Abdullayevanın isə xanəndənin qardaşı qızı olduğu müəyyənləşib.
A. Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib.

OXŞAR XƏBƏRLƏR