Azərbaycanda xəstəxananın baş həkimi Milli Şuraya qoşuldu?

Azərbaycanda xəstəxananın baş həkimi Milli Şuraya qoşuldu?
Bütün Xəbərlər
14:50 07.06.2013
1678

Ziyalılar Forumu”nun təsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyovun təşəbbüsü ilə yaranan Milli Şura ilə müzakirələr cəmiyyətin gündəmini təşkil edən əsas mövzulardan biridir. 

Şurada təmsil olunan partiyalar qurumun İdarə Heyətində görmək istədiyi şəxslərlə bağlı təkliflər irəli sürürlər və belə təkliflərdən biri də Azərbaycan Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) tərəfindən irəli sürülüb. Siyahıda diqqət çəkən məqamlardan biri Milli Şuranın İdarə Heyətinə hazırda 5 saylı şəhər xəstəxanasının baş həkimi Ziya Əsədovun namizəd kimi göstərilməsidir.

Milli Şuranın iqtidara qarşı yaradılan və hakimiyyət dəyişikliyi uğrunda fəaliyyət göstərən bir təşkilat olduğunu nəzərə alsaq, strateji əhəmiyyətli xəstəxanalardan birinin baş həkiminin belə bir quruma üzv olması birmənalı qarşılanmır.

Editor.az məsələnin aktuallığını nəzərə alaraq, 5 saylı şəhər xəstəxanasının baş həkimi Ziya Əsədovun özü ilə söhbətləşib.

Portalımıza açıqlamasında Ziya Əsədov vaxtilə cəbhəçi olduğunu istisna etməsə də, beş ildir KXCP ilə heç bir əlaqəsi olmadığını söylədi: “Beş ildir mənim nə KXCP ilə, nə də Mirmahmud Mirəlioğlu ilə heç bir təmasım yoxdur. Milli Şuraya namizəd təklif edilmədiyimdən xəbərim də yoxdur. Milli Şura haqqında təsəvvürüm yoxdur və yaşımın o çağında deyiləm ki, siyasətdə olum. Mən hazırda siyasi fəaliyyətlə məşğul olmuram”.

OXŞAR XƏBƏRLƏR