Türkiyədə “Ahbap” istintaqı: Bəs Azərbaycanda toplanan yardımlara kim nəzarət edir?

Türkiyədə “Ahbap” istintaqı: Bəs Azərbaycanda toplanan yardımlara kim nəzarət edir?
SOSİAL
17:17 20.07.2026
1058
"Ahbap Dərnəyi”nin qurucusu, müğənni Haluk Levent 2026-cı ilin iyulunda zəlzələ qurbanları üçün toplanan ianələrin istifadəsi ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılıb və daha sonra barəsində həbs qətimkan tədbiri seçilib. İstintaq çərçivəsində ianələrin təyinatı, yüksək məbləğli pul köçürmələri və maliyyə əməliyyatları araşdırılır. 

Son illərdə Azərbaycanda ağır xəstəliklərdən əziyyət çəkən şəxslərin müalicəsi, aztəminatlı ailələrə yardım, təbii fəlakətlərdən zərərçəkənlərə dəstək və digər sosial məqsədlərlə ianə kampaniyalarının sayı artıb. Sosial şəbəkələrdə, televiziya kanallarında və müxtəlif platformalarda təşkil olunan bu kampaniyalar cəmiyyət tərəfindən geniş dəstək görsə də, toplanan vəsaitlərin şəffaf idarə olunması məsələsi zaman-zaman müzakirə mövzusu olur.

Azərbaycanda xeyriyyə məqsədilə ianələrin kütləvi şəkildə toplandığı dövrlərdən biri də COVID-19 pandemiyası olub. 2020-ci ildə Prezidentin Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. Fonda dövlət qurumları, özəl şirkətlər, ictimai təşkilatlar və minlərlə vətəndaş könüllü ianələr etdi. 2020-ci ilin 44 günlük Vətən müharibəsi zamanı da ölkədə geniş ianə kampaniyaları keçirildi. Vətəndaşlar, sahibkarlar və müxtəlif təşkilatlar şəhid ailələri və yaralı hərbçilərə dəstək məqsədilə müxtəlif fond və təşkilatlar vasitəsilə ianələr etdilər. 

Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) ianə qəbul etməsi "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanunla tənzimlənir. Toplanan vəsaitlərlə bağlı  QHT-lər hər il maliyyə hesabatı təqdim etməlidir.

Ən çox müzakirə olunan məqamlardan biri isə sosial şəbəkələrdə fiziki şəxslərin topladığı ianələrdir. Çünki sosial şəbəkələrdə fərdi şəxslər tərəfindən açılan kart hesablarına köçürülən vəsaitlər QHT-lərin hesabat mexanizmlərinə daxil olmur. Belə hallarda vəsaitin necə xərclənməsi əsasən kampaniyanı təşkil edən şəxsin vicdanı və təqdim etdiyi hesabatlardan asılı qalır.

Bir sıra ölkələrdə xeyriyyə fondları dövlət qeydiyyatından keçir, illik audit hesabatlarını dərc edir və ianələrin hara xərcləndiyini ictimaiyyətə açıqlayırlar. Bəzi ölkələrdə isə onlayn platformalar vasitəsilə toplanan ianələrin hərəkəti real vaxt rejimində izlənilə bilir.

Bəs Azərbaycanda  xeyriyyə adı ilə toplanan pulların taleyi necə izlənilir? 

Milli Məclisin deputatı Razi Nurullayev AZXEBER.COM-a açıqlamasında deyib ki, ictimai etimadın möhkəmlənməsi üçün könüllü hesabatlılıq mühümdür: 

"Mövcud qanunvericiliyə əsasən, qeyri-hökumət təşkilatları qəbul etdikləri ianələri bank hesabı vasitəsilə qəbul etməli, onları maliyyə hesabatlarında əks etdirməli və müvafiq dövlət orqanlarına təqdim etməlidirlər. Lakin ictimai etimadın möhkəmlənməsi üçün təkcə qanunvericiliyin tələblərini yerinə yetirmək yox, könüllü hesabatlılıq da mühümdür.

Əslində, toplanan vəsaitin məbləği, onun hansı istiqamətlərə xərcləndiyi, yardımın kimlərə və hansı meyarlarla çatdırıldığı barədə mütəmadi ictimai hesabatlar təqdim edilməli, bütün əməliyyatlar bank üzərindən aparılmalı, müstəqil audit keçirilməli və nəticələri ictimaiyyətə açıqlanmalıdır. Amma, mövcud reallığımız bəzən buna imkan vermir”.

Parlamentari qeyd edib ki, dünyanın bir çox ölkəsində iri xeyriyyə fondları maliyyə və audit hesabatlarını açıq şəkildə dərc edir:

"Eyni zamanda, ictimai nəzarət mexanizmlərinin yaradılması da şəffaflığı və hesabatlılığı gücləndirən mühüm amillərdəndir. Dünyanın bir çox ölkəsində iri xeyriyyə fondları maliyyə və audit hesabatlarını açıq şəkildə dərc edir. Bu təcrübə donorların etimadını artırır, sui-istifadə riskini azaldır və gələcək xeyriyyə kampaniyalarına ictimai dəstəyi gücləndirir. Azərbaycanda da qanunvericilikdə nəzərdə tutulan hesabatlılıq mexanizmlərinin daha səmərəli tətbiqi və könüllü ictimai hesabatlılıq standartlarının formalaşdırılması xeyriyyə fəaliyyətinin daha şəffaf, etibarlı və effektiv təşkilinə mühüm töhfə verə bilər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
18:10 27.10.2026
Novak: Rusiya Avropaya qaz tədarükünü bərpa etməyə hazırdır
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
17:55 27.10.2026
Leyla Əliyeva Müsəlman Ağsaqqalları Şurasının Baş katibi ilə görüşdü - FOTOLAR
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
17:51 27.10.2026
Mədəni diplomatiyadan vətəndaş cəmiyyətinə uzanan şərəfli yol
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
17:51 27.10.2026
Leyla Əliyeva Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb - FOTOLAR
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
17:48 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
17:44 27.10.2026
Pezeşkian: ABŞ və İsrail qlobal enerji təhlükəsizliyini təhdid edir
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
17:41 27.10.2026
Baş Prokurorluğu və DİN-dən birgə məlumat: Siyəzəndə ağır cinayətin üstü açıldı
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
17:40 27.10.2026
Havaların soyuması ailə büdcəsinə necə təsir edir?
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
17:39 27.10.2026
Qətərdən İrana çağırış: Təhdidləri dayandırın, Hörmüz boğazını açın
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
17:34 27.10.2026
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
17:25 27.10.2026
“Crystal Group of Companies” ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
17:22 27.10.2026
Azərbaycanda 163 min ailəyə qadın başçılıq edir – Rəsmi statistika
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
17:13 27.10.2026
Məhsanı öldürənlər qızlarımıza təhsil verəcək? – bəs hansı dildə...
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
17:08 27.10.2026
Sürücünün telefondan istifadəsi videokameralar vasitəsilə də qeydə alınacaq
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
17:04 27.10.2026
Evlilikdə ən uyğun bürclər açıqlandı - Bu cütlüklər bir-biri üçün yaranıb
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri
16:52 27.10.2026
Telefon köşkləri, məktub qutuları…: Şəhərin unudulan xidmətləri