Azərbaycanda yanacaq daşıyan maşın aşdı, tələbələr evakuasiya edildi
Bütün Xəbərlər
10:28 28.11.2012
1439
Sabirabad rayon Suqovuşan kəndi yaxınlığında maye qaz daşıyan yük maşını aşıb. Fövqəladə Hallar Nazirliyinin Sabirabad rayon Regional Mərkəzindən verilən məlumata görə, hadisə Sabirabad Dövlət Sosial İqtisadi Kollecinin yaxınlığındakı yanacaqdoldurma məntəqəsində baş verib.Yanacaqdoldurma məntəqəsinə yanacaq doldurmaq üçün girən yük maşını çuxura düşüb. Yük maşını yaxınlıqdan keçən qaz kəmərini də dağıdıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xialsediciləri, yanğınsöndürənlər, eləcə də, polis və təcili tibbi yardım həkimləri cəlb olunub.