Azərbaycanda yaşayan qızın 4 böyrəyi var? - FOTO

Azərbaycanda yaşayan qızın 4 böyrəyi var? -  FOTO
Bütün Xəbərlər
01:30 20.09.2013
1712

AZXEBER.COM-un Kəpəz TV-yə istinadən xəbər verir ki, Gəncədə el arasında 4 böyrəkli kimi adlandırılan, tibbi adıyla “böyrək ikiləşməsi” anomaliyası müşahidə olunan qız aşkarlanıb. Hadisədən həm həkimlər, həm də qızın valideynləri təccübləniblər.

Hadisə Abbas Səhhət adına xəstəxananın Urologiya şöbəsində qeydə alınıb. Şəhər sakini 17 yaşlıŞövkət Tağıyevaböyrək ağrıları şikayəti ilə şöbəyə gətirilib. Həkimlərin rentgen müayinəsindən sonra məlum olub ki, onda tibb sahəsində az rast gəlinən anomaliya var.

Urologiya şöbəsinin müdiriZabit Quliyev: “Xəstə böyrəklərin ultrasəs müayinəsi olunduqdan sonra rentgen müayinəsi olundu və məlum oldu ki, ağrılara səbəb çox nadir hallarda rast gəlinən inkişaf anomaliyasının baş verməsidir. El arasında bu hal 3 böyrək, 4 böyrək kimi yayılsa da, bu, inkişaf anomaliyasıdır”.

Şövkət Tağıyeva Gəncə şəhər Şıxzamanlı qəsəbə sakini, Tağıyevlər ailəsinin böyük qızıdır. Hazırda 11-ci sinifdə oxuyan qız həkimlərin təyinatı ilə ambulator müalicə alır. Daha əvvəl onda böyrək ağrıları olmadığını deyən ailə üzvləri isə həkimlərin diaqnozuna təəccüblənirlər.

Qızın atasıHəsən Tağıyev: “Ayın 16-da sancıları oldu, həkimə apardıq. Dedi ki, böyrək ikiləşməsidir, yəni bir tərəfdə 2 böyrək var. Müalicə yazmışdı, elədik. Həkim dedi ki, qızın ayrı bir xəstəliyi yoxdur, böyrəyində kiçik daşlar var idi, o da axıb gedib. Mən özüm də bu günə qədər eşitməmişdim ki, insanın 4 böyrəyi olar, ancaq həkim bizə göstərdi”.

Bildirək ki, çox az hallarda qeydə alınan ikiləşmə anomaliyası müşahidə olunan insanların böyrəkləri normal insanlara nisbətən daha həssas olur.

Həkimlərin bildirdiyinə görə, Tağıyevlər ailəsində müşahidə olunduğu kimi böyrək ikiləşməsi anomaliyası, el arasında “3 və yaxud 4 böyrəkli” kimi tanınan insanlar mütəmadi uroloq nəzarəti altında olmalıdır ki, bununla səhhətlərində baş verə biləcək nasazlıqlara vaxtında konservativ müalicə və yaxud əməliyyat yolu ilə müdaxilə etmək mümkün olsun.

OXŞAR XƏBƏRLƏR