Xəbər verdiyimiz kimi, dünən qardaş Türkiyədə referendum keçirilib.
Türk xalqı konstitutsiyaya təklif edilən 27 dəyişikliyə "hə" deyib.
Referendum qardaş ölkədə olduğu kimi ölkəmizdə də yaxından təqib edilib. Təsadüfi deyil ki, sosial şəbəkələrdə ən çox müzakirə olunan hadisə məhz Türkiyədəki referendum olub. Ən maraqlı məqam isə ondan ibarətdir ki, son illər ilk dəfə olaraq Azərbaycanda yaşayan türklər hakim partiyaya "yox" deyiblər. Bütün seçkilərdə Azərbaycandan yüksək səslə qalib ayrılan hakim partiya bu dəfə 20 faiz fərqlə məğlub olub.
Bəs görəsən, bunun səbəbi nədir və Azərbaycan mediası bu referendumu necə işıqlandırıb?
AZXEBER.COM bu sualla Azərbaycanda fəaliyyət göstərən Türk jurnalistlərə müraciət edib.
Bəs görəsən, bunun səbəbi nədir və Azərbaycan mediası bu referendumu necə işıqlandırıb?
AZXEBER.COM bu sualla Azərbaycanda fəaliyyət göstərən Türk jurnalistlərə müraciət edib.

TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan deyib ki, Azərbaycan xalqı referenduma böyük diqqət göstərib: "Azərbaycan mediası hər zaman olduğu kimi Türkiyədəki prosesləri yaxından izlədi və xəbərləri Azərbaycan xalqı ilə paylaşdı. Özəlliklə yeni media və sosial şəbəkələrdə bu referenduma maraq həddindən artıq çox idi. Onu da qeyd edim ki, Türkiyəni ilk təbrik edən ölkə Azərbaycan oldu. Azərbaycan Prezidenti İlham Əliyev həm Türk xalqını, həm də Prezident Ərdoğanı təbrik etdi.
Jurnalist Azərbaycanda yaşayan türklərin səsverməsinə də münasibət bildirib. O qeyd edib ki, Azərbaycanda 60% insanının dəyişikliklərə "yox" deməsini şişirtməyə dəyməz: "Ola bilər ki, bu dəfə referenduma qatılım az olub. Ancaq bundan öncəki seçkilərdə çox fərqli nəticələr ortaya çıxmışdı"

"Doğan Haber Ajansı"nın Bakı təmsilçisi Ali Kan da diqqətə görə Azərbaycan xalqına təşəkkür edib: "İlk olaraq mən Azxeber.com ailəsinə təşəkkür edirəm. Çünki siz sadəcə Azərbaycan əhalisinin deyil, eyni zamanda Türkiyədən də Azərbaycan xəbərlərini izləmək istəyən insaların xəbər mənbəyisiz. Türkiyədə baş tutan referenduma geniş yer ayıran Azərbaycan mediasına təşəkkür edirəm. Bu bir daha göstərdi ki, bizim qardaşlığımız təkcə sözdə deyil, həm də əməldədir. Bilirsiz ki, nəticələr açıqlanan kimi cənab Ərdoğanı təbrik edən ilk prezident İlham Əliyev oldu.
Jurnalist Türkiyədəki referendum haqda deyib: "Niyə referenduma gedildi sualını çox uzatmadan sizlərə qısa cavablandırım. Bilirsiniz ən yaxın tarix 15 iyul çevrilişə cəhd oldu. Türkiyə bir anda xarici güclər və içərimizdə sızmış "FETO" terror təşkilatı üzvləri tərəfindən hücuma məruz qaldı. Amma xalqın istəyi ilə bu reallaşmadı. Bu hadisə Türkiyədə xalqla hakimiyyət, dövlət birliyini bütün dünyaya göstərdi. Bu referendumdan sonra Türkiyənin güclənməsinin qarşısını heç kim ala bilməyəcək. Konstitusiyada edilən dəyişikliklərlə güc tək bir əldə toplanmış oldu.
Ali Kan Azərbaycanda "hayır" çıxmasına da münasibət bildirib: "Ola bilər ki, həmyerlilərimiz referendumda aktiv iştirak etməyib, məntəqələrə getməyib. Bu üzdən də belə nəticə çıxıb".