2017-ci ildən pulsuz qalacaq icra başçıları: Bu "kiçik padşah"ların qələmi qırılır

SİYASƏT
18:13 29.09.2016
13881

Referendumdan sonra icra başçıları ilə bağlı Azərbaycanda ciddi islahatların aparılacağı ilə bağlı yayılan xəbərlər özünü doğrultmaqdadır.

Prezident Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyevin icra başçıları barəsindəki son açıqlamaları yaxın zamanlarda bir sıra rayon rəhbərlərinin vəzifəsini itirəcəyinin anonsu sayıla bilər. Z.Nağdəliyev bildirib ki, bundan sonra icra başçılarının fəaliyyətinə, bacarığına qiymət verilərkən əsas meyar kimi onların prezidentin tapşırıqlarına nə dərəcədə əməl etməsi ilə yanaşı, rəhbərlik etdikləri rayonlara nə qədər yerli və xarici investisiya cəlb etmələri olacaq.

Digər bir tərəfdən isə 2017-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər (Bakı şəhərinə aid olan hissəsi nəzərə alınmaqla) 642,4 mln. manat proqnozlaşdırılıb. Bu isə digər illərə nisbətdə aşağı məbləqdir. Nəticəcə 2017-ci ildə Mingəçevir, Naftalan, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, İmişli rayonları ilə yanaşı, Gəncə, Lənkəran, Şəki, Yevlax şəhərləri, Ağcabədi, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Göyçay, Hacıqabul, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qəbələ, Quba, Qubadlı, Qusar, Masallı, Neftçala, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Şabran və Şamaxı rayonlarına dövlət tərəfindən heç bir vəsait ayrılmayacaq.

Bütün bunlar hökümətin "kəmərsıxma” siyasətinin fonunda "kim yaxşı işləyirsə vəzifədə də qalsın” prinsipini ortaya çıxardır.

AZXEBER.COM-un məlumatına görə artıq bir neçə icra başçısının "qələmi qırılıb”. Buna səbəb isə onlarla bağlı istər mətbuatda, istərsə də rayon ərazisindən prezident administrasiyasına yüzlərlə şikayət məktublarının daxil olmasıdır.

Eyni zamanda büdcənin azalmasından istifadə edən icra başçılarının rayon ərazisində fəaliyyət göstərən sahibkarlara qarşı təzyiqlərə də başlayıblar.

Əldə etdiyimiz məlumata görə, şikayətlərin ən çox gəldiyi QaradağCəlilabad, Beyləqan, Bərdə, Biləsuvar, Astara, Göyçay, Şirvan rayonun icra başçıları qarşısında sonuncu dəfə şərt qoyulub. 

OXŞAR XƏBƏRLƏR