Azərbaycanda yaşayan türklər nəyə görə "hayır" dedi? - Türk jurnalistlər açıqladı

Azərbaycanda yaşayan türklər nəyə görə "hayır" dedi?  - Türk jurnalistlər açıqladı
SİYASƏT
14:19 17.04.2017
16078
Xəbər verdiyimiz kimi, dünən qardaş Türkiyədə referendum keçirilib.
 
Türk xalqı konstitutsiyaya təklif edilən 27 dəyişikliyə "hə" deyib.
 
Referendum qardaş ölkədə olduğu kimi ölkəmizdə də yaxından təqib edilib. Təsadüfi deyil ki, sosial şəbəkələrdə ən çox müzakirə olunan hadisə məhz Türkiyədəki referendum olub. Ən maraqlı məqam isə ondan ibarətdir ki, son illər ilk dəfə olaraq Azərbaycanda yaşayan türklər hakim partiyaya "yox" deyiblər. Bütün seçkilərdə Azərbaycandan yüksək səslə qalib ayrılan hakim partiya bu dəfə 20 faiz fərqlə məğlub olub. 

Bəs görəsən, bunun səbəbi nədir və Azərbaycan mediası bu referendumu necə işıqlandırıb?
AZXEBER.COM bu sualla Azərbaycanda fəaliyyət göstərən Türk jurnalistlərə müraciət edib.
 



TRT-nin Bakı təmsilçisi Yıldıray Arslan deyib ki, Azərbaycan xalqı referenduma böyük diqqət göstərib: "Azərbaycan mediası hər zaman olduğu kimi Türkiyədəki prosesləri yaxından izlədi və xəbərləri Azərbaycan xalqı ilə paylaşdı. Özəlliklə yeni media və sosial şəbəkələrdə bu referenduma maraq həddindən artıq çox idi. Onu da qeyd edim ki, Türkiyəni ilk təbrik edən ölkə Azərbaycan oldu. Azərbaycan Prezidenti İlham Əliyev həm Türk xalqını, həm də Prezident Ərdoğanı təbrik etdi. 
 
Jurnalist Azərbaycanda yaşayan türklərin səsverməsinə də münasibət bildirib. O qeyd edib ki, Azərbaycanda 60% insanının dəyişikliklərə "yox" deməsini şişirtməyə dəyməz: "Ola bilər ki, bu dəfə referenduma qatılım az olub. Ancaq bundan öncəki seçkilərdə çox fərqli nəticələr ortaya çıxmışdı"
 

"Doğan Haber Ajansı"nın Bakı təmsilçisi Ali Kan da diqqətə görə Azərbaycan xalqına təşəkkür edib: "İlk olaraq mən Azxeber.com ailəsinə təşəkkür edirəm. Çünki siz sadəcə Azərbaycan əhalisinin deyil, eyni zamanda Türkiyədən də Azərbaycan xəbərlərini izləmək istəyən insaların xəbər mənbəyisiz. Türkiyədə baş tutan referenduma geniş yer ayıran Azərbaycan mediasına təşəkkür edirəm. Bu bir daha göstərdi ki, bizim qardaşlığımız təkcə sözdə deyil, həm də əməldədir. Bilirsiz ki, nəticələr açıqlanan kimi cənab Ərdoğanı təbrik edən ilk prezident İlham Əliyev oldu. 
 
Jurnalist Türkiyədəki referendum haqda deyib: "Niyə referenduma gedildi sualını çox uzatmadan sizlərə qısa cavablandırım. Bilirsiniz ən yaxın tarix 15 iyul çevrilişə cəhd oldu. Türkiyə bir anda xarici güclər və içərimizdə sızmış "FETO" terror təşkilatı üzvləri tərəfindən hücuma məruz qaldı. Amma xalqın istəyi ilə bu reallaşmadı. Bu hadisə Türkiyədə xalqla hakimiyyət, dövlət birliyini bütün dünyaya göstərdi. Bu referendumdan sonra Türkiyənin güclənməsinin qarşısını heç kim ala bilməyəcək. Konstitusiyada edilən dəyişikliklərlə güc tək bir əldə toplanmış oldu.
 
Ali Kan Azərbaycanda "hayır" çıxmasına da münasibət bildirib: "Ola bilər ki, həmyerlilərimiz referendumda aktiv iştirak etməyib, məntəqələrə getməyib. Bu üzdən də belə nəticə çıxıb".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fatimə: “İlk sevgim, duam odur”
17:54 10.10.2026
Fatimə: “İlk sevgim, duam odur”
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
17:45 10.10.2026
Moldovanın keçmiş Baş naziri: Ermənistan itkin düşmüş şəxslərlə bağlı məlumatları paylaşmalıdır
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
17:28 10.10.2026
Tramp Nobel sülh mükafatını almadığına görə narazıdır
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
17:12 10.10.2026
AI gənc riyaziyyatçıların karyera imkanlarını məhdudlaşdırır
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
16:59 10.10.2026
Fələstində prezident seçkilərinin yeni vaxtı müəyyənləşdi
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
16:48 10.10.2026
Jurnalist Nəcəf Nəcəfovun məzarı üzərindəki barelyef bərpa edilib - FOTO
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
16:36 10.10.2026
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
16:26 10.10.2026
“Valideynlərimiz xalqlarımız arasında müasir münasibətlərin əsasını qoyub”
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
16:08 10.10.2026
İlham Əliyev və Ramzan Kıdırov “Bakı Ağ Şəhər”də olublar
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
15:58 10.10.2026
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
15:51 10.10.2026
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul edib
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
15:48 10.10.2026
Ermənistanda hərbçi odlu silah yarasından ölüb
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
15:43 10.10.2026
“Velizar”ı tənqid etdiyinə görə tanınmış jurnalistin səhifəsi bağlandı - DİN-ə müraciət edildi
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
15:34 10.10.2026
Azərbaycanda LGBT-nin fəaliyyətini qadağan edən qanun qəbul olunur
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
15:23 10.10.2026
Amerikalı səyyah: Qarabağda bərpa işləri heyrətamizdir
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil
15:20 10.10.2026
NATO-dan Kalininqrad açıqlaması: Blokada ssenarisi mövcud deyil