Azərbaycanda yaşayış evində partlayış baş verib

Azərbaycanda yaşayış evində partlayış baş verib
Bütün Xəbərlər
17:00 04.02.2014
769
Tovuzda yaşayış evində partlayış baş verib.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Tovuz şəhərində vətəndaşa məxsus hər mərtəbəsi 180 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə qaz sızması nəticəsində partlayış olub.

Nəticədə evin dam örtüyü çöküb, 2-ci mərtəbənin daşıyıcı divarlarının bir hissəsi deformasiyaya uğrayıb.

Yanğın hadisəsi olmayıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

OXŞAR XƏBƏRLƏR