Bu gün Mingəçevirə yağan güclü leysan yağışları və dolu şəhər sakinlərinin mənzillərinə və təsərrüfatlarına xeyli ziyan vurub.
Mingəçevir şəhər, Tibb Kollecinin yataqxanasında yaşayan məcburi köçkünlər bu haldan narazıdırlar.
Bu barədə məcburi köçkünlər AZXEBER.COM-a müraciət ediblər.
Sakinlərin şikayətinə görə, ölkədə qeydə alınan yağışlı hava şəraiti nəticəsində keçmiş məcburi köçkünlərin yaşadığı yataqxananı su basıb.
Onlar kollecin yataqxanasında məskunlaşdıqlarını bildiriblər.
Sözügedən görüntüləri təqdim edirik:
Ayşən