Azərbaycanda yeni Federasiya yaradıldı

Azərbaycanda yeni Federasiya yaradıldı
GƏNCLİK
10:58 12.06.2012
1741
«Nə? Harada? Nə zaman?» Klubları Beynəlxalq Assosiasiyasının üzvləri olan Azərbaycan klubları - “Atəşgah” İntellektual Oyunlar Klubu, “Turan” İntellektual Oyunlar Klubu və “Xəzər” İntellektual Gənclər Klubu Azərbaycan İntellektual Oyunlar Federasiyasını (AİOF) yaratmaq barədə qərar qəbul ediblər. AZXEBER.COM-un məlumatına görə, AİOF-nın yaradılmasında əsas məqsəd intellektual oyunlar hərəkatına dəstək vermək və onu tənzimləməkdir. Federasiyanın təsis edilməsi yerli yarışlar təqviminin tərtib edilməsini, Azərbaycan komandalarının beynəlxalq arenada keçirilən yarışlarda daha fəal iştirakını, müxtəlif şəhər və rayonlarda yaradılacaq klubların inkişafını təmin etməkdir.  AİOF-dan verilən məlumata görə, təşkilat qısa vaxt ərzində bir çox tədbirlərin həyata keçirilməsini planlaşdırır. Bunlar arasında Azərbaycan kuboku uğrunda oyunlar, iyul ayında Batumidə təşkil olunacaq Qara dəniz kuboku və digər beynəlxalq yarışlarda iştirak və s. mühüm tədbirlər var. Qeyd edək ki, 1989-cu ildə yaradılan “Atəşgah İntellektual Oyunlar Klubu” həmin ildə Mariupolda keçirilmiş beynəlxalq konqresdə “Nə? Harada? Nə zaman?” Klublarının Beynəlxalq Assosiasiyasını təsisçilərindən biridir. Klub, müxtəlif illərdə "İlin ən yaxşı klubu" nominasiyasında və təşkilatçılarından biri olduğu "Millətlər Kuboku"nun "İlin ən yaxşı turniri" nominasiyasında "Nə? Harada? Nə zaman?" Klublarının Beynəlxalq Assosiasiyasının "Büllur bayquş" mükafatına layiq görülüb.«Nə? Harada? Nə zaman?» Klubları Beynəlxalq Assosiasiyasına üzv olan “Turan” İntellektual Oyunlar Klubu 2004-cü ildə təsis edilib. Hazırda klubda 25 komanda iştirak edir. Klubda oyunlar şənbə və bazar günləri təşkil olunur. Klub mütəmadi olaraq müxtəlif yarışlar təşkil edir. «Nə? Harada? Nə zaman?» Klublarının Beynəlxalq Assosiasiyasının üzv olan “Xəzər” İntellektual Gənclər Klubu 2001-ci ildə yaradılıb. Klubun yaradılmasının və fəaliyyətinin əsas məqsədi ölkədə Azərbaycan dilində intellektual oyunlar hərəkatının inkişafını təmin etməkdir. “Xəzər” İntellektual Gənclər Klubu hal-hazırda BDU, AzTU, ADU, İdarəçilik Akademiyası, Yakın Doğu Universiteti (ŞKR) və BSU-da fəaliyyət göstərir. Oyunlar hər şənbə və bazar günləri təşkil olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
16:37 16.10.2026
“Gənclər daha gec yaşlarda evlənməyə qərar verirlər” – Fazil Mustafa
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
16:34 16.10.2026
Əl və ayaqlarda keyimə ciddi xəstəliklərin xəbərçisi ola bilər – Həkimlərdən xəbərdarlıq
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
16:11 16.10.2026
Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verildi
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
16:11 16.10.2026
“20 ildən sonra daha ciddi vəziyyətlə üzləşəcəyik” – Sosioloqdan AÇIQLAMA
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
15:54 16.10.2026
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
15:31 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda görüşüb
Bakının bu rayonunda 30 bina söküləcək
15:26 16.10.2026
Bakının bu rayonunda 30 bina söküləcək
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
15:11 16.10.2026
“Vüqar müəllim intriqalardan uzaq biridir” – Xoşqədəm Hidayətqızı
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
15:08 16.10.2026
Azərbaycanda çevrilişə çağırış edən türkiyəli jurnalist axtarışa verildi
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
15:07 16.10.2026
Həftəsonunun ən şanslı 5 bürcü - SİYAHI
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
14:52 16.10.2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
14:50 16.10.2026
Maddi çətinliklər ailə münasibətlərini necə sarsıdır? - Psixoloqdan AÇIQLAMA
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
14:47 16.10.2026
Park Yasamalda 2 otaqlı studiyalardan başlayaraq hazır mənzillər satışda!
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
14:12 16.10.2026
“Azərbaycanda da uçan avtomobillərin olması bizi təəccübləndirməməlidir”
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
14:09 16.10.2026
“Aktiv və sağlam uzunömürlülük: dövlət siyasəti və sosial innovasiyalar” mövzusunda dəyirmi masa keçirilib
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev
13:45 16.10.2026
Hərbçilərin maaş artımına 550 milyon manat ayrılacaq - Ədalət Verdiyev