Azərbaycanda yeni gənclər hərəkatı yaradıldı: "Cavan"

Azərbaycanda yeni gənclər hərəkatı yaradıldı: "Cavan"
TOP4
16:30 20.09.2017
4576
Azərbaycanda yeni gənclər hərəkatı yaradılıb.
 
AZXEBER.COM-un məlumatına görə, "Cavan” Gənclər Hərəkatı İctimai Birliyi bu il yaradılıb və əsas məqsədi Azərbaycan gəncliyini narahat edən məsələlərlə yaxından maraqlanaraq onların həlli istiqamətində dövlətimizin gördüyü işlərə dəstək olmaqdır.
 
Hərəkatın əsas məqsədi haqda deyilir: "Ölkə başçısı cənab İlham Əliyev tərəfindən "Azərbaycan gəncliyi 2005-2009-cu illərdə” və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” dövlət proqramlarının imzalanması və onların həyata keçirilməsi, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi ilə bağlı sərəncamın imzalanması ölkə rəhbərliyinin bu sahəyə göstərdiyi diqqətin və qayğının bariz nümunəsidir. Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da dövlətin gənclər siyasətinin daha da geniş və effektli həyata keçirilməsi üçün çalışır. Təsadüfi deyil ki, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsi yaradılıb. Baş verən bütün struktur yenilikləri də ölkə gəncliyinə xüsusi münasibəti göstərir. "Cavan”ın təklif etdiyi layihələr ölkə gəncliyini maraqlandıran bütün sahələri əhatə edir. Azərbaycan əhalisinin əksəriyyəti gənclərdən ibarətdir. Gənclər ölkəmizin əsas qüvvəsi, onu gələcəyə aparan insanlardır. Birgə fəaliyyət Azərbaycan dövlətini və gəncləri daha da güclü edəcək! "Cavan” istəyir ki, onların həyatı daha maraqlı olsun. Gənclər oxumaq, əylənmək, idmanla məşğul olmaq, yeni dostlar qazanmaq, sevmək, sevilmək, yaxşı karyera qurmaq kimi təbii istəklərini Azərbaycanda reallaşdıra bilsinlər. "Cavan” əmindir ki, Azərbaycanda hər bir gəncin bunları etməyə haqqı və imkanı var.
 
"Cavan" hərəkatı artıq ilk layihəsinə də start verib.
 
"Xəzərin Sahilində” Musiqi Festivalı "Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin ilk layihəsi olub, müxtəlif janrlarda və alətlərdə ifa edən həm həvəskar, həm də peşəkar musiqiçilərin çıxış edəcəyi tədbirdir. 2017-ci il, 23-24 sentyabr tarixlərində "Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Xəzərin sahilində” musiqi festivalı baş tutacaq. Festivalın keçirilməsində məqsəd Bakıda küçə musiqiçilərinə dəstək, onlarla cəmiyyət, müxtəlif idarəetmə və hüquq-mühafizə orqanları arasında daha yüksək ictimai münasibətlərin təmin olunmasına nail olmaqdır. Bununla bərabər, cavanların asudə vaxtını səmərəli keçirməsi, musiqi ətrafında birləşməsini təşviq etmək də məqsədlərimiz sırasındadır. Festivalın şəhərin ən populyar yerlərindən birində – Dənizkənarı Milli Parkda təşkil olunması buranın ab-havasına əlavə rəng qatmaqla yanaşı, həm də şəhər sakinləri və turistlərin musiqi zövqünü oxşayacaq.
 
Qeyd edək ki, təşkilata hələlik sədr təyin edilməyib. 
 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qaxda iki avtomobil toqquşdu, xəsarət alanlar var
17:47 07.06.2025
Qaxda iki avtomobil toqquşdu, xəsarət alanlar var
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
17:29 07.06.2025
Ürəyi xəstəliklərdən qoruyan ucuz məhsul AÇIQLANDI
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
17:18 07.06.2025
Ukraynada iki nəfər dəniz minasının partlaması nəticəsində həlak olub
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
16:55 07.06.2025
Çin şirkəti Azərbaycana investisiya qoyuluşu imkanlarını araşdırır
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
16:27 07.06.2025
Öz hesabına varlanan ən zəngin qadınların adı AÇIQLANDI
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
16:17 07.06.2025
Türkiyədən Rusiyaya gətirilmiş 20 tondan çox pomidor ölkəyə buraxılmayıb
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
16:03 07.06.2025
Ermənistanda keçiriləcək parlament seçkilərinin vaxtı açıqlanıb
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
15:45 07.06.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı müzakirə edib
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
15:16 07.06.2025
Tovuzda valideynlərin qızıl üzük hədiyyə etdiyi müəllimə töhmət verilib - RƏSMİ
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
15:09 07.06.2025
Azərbaycan Prezidenti və Pakistanın Baş naziri arasında telefon danışığı olub
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb