Azərbaycanda yeni gənclər hərəkatı yaradıldı: "Davam"

GƏNCLİK
14:00 02.11.2020
420
Bu gün Holiday Inn Otelində baş tutan brifinqdə bununla bağlı ölkə ictimaiyyətinə məlumat verilib.
 
AZXEBER.COM xəbər verir ki, Nihad Allahyarlı, Natiq Mehdiyev, Sara Rəcəbli, Reyhan Camalova, Sabir Rüstəmov, Rasul Çunayev, Məhəmməd Türkmən və Nərmin Knyazlının təşəbbüsü ilə ərsəyə gələn Təşəbbüs Qrupunun əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir.

Təşəbbüs Qrupunun hər bir üzvü Azərbaycan gəncliyini bu hərəkatda bir istiqamət üzrə təmsil edir. Belə ki, Nihad Allahyarlı ictimai-siyasi sahədə fəal olan gənclərimizin, Natiq Mehdiyev ölkəmizin suverenliyi uğrunda canını qurban verən şəhid və qazilərimizin, Sara Rəcəbli sosial sahibkarlıqla məşğul olan gənclərimizin, Reyhan Camalova innovativ ideyalı start-upçılarımızın, Sabir Rüstəmov beynəlxalq arenada fəal olan gənclərimizin, Rasul Çunayev gənc idmançı və çempionlarımızın, Məhəmməd Türkmən gənc jurnalistlərimizin, Nərmin Knyazlı isə sosial mediyada fəal olan gənclərimizin təmsilçisidir.

Təşəbbüs Qrupunun üzvləri bəyan etdilər ki, verilən yekdil qərara əsasən "DAVAM”  Ümumrespublika Gənclər Hərəkatına rəhbərlik Nihad Allahyarlıya həvalə edilib. 

Nihad Allahyarlı çıxış edərək göstərilən böyük etimada görə təşəkkür etdi və bildirdi ki, "30 ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünə, suveren sərhədlərinə və mülki əhalisinə qarşı terrorçu və uşaq qatili ermənistan silahlı qüvvələrinin məkirli siyasəti davam edir. Xocalı soyqırımı, son günlər Gəncə və Bərdə şəhərlərində baş verən hərbi cinayətlər bunun bariz nümunəsidir. Lakin bu gün Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu hər gün, hər saat qarış-qarış tarixi Azərbaycan torpaqlarını işğaldan azad edir. Bu tariximizin qürurlu səhifəsidir və 2016-cı ildən başlayan Böyük Qayıdış bu gün davam edir.”

Daha sonra "DAVAM” sədri N.Allahyarlı sözlərinə əlavə edərək qeyd edib ki, "Gəncliyin bütün enerjisi ilə həyata keçirilən bu haqq işində sonuna qədər Prezident İlham Əliyevin yanındayıq. Lazım gəldiyində Liderimizə dayaq, lazım gəldiyində isə sipər olacağıq. İşğaldan azad edilən bütün rayonlarımızda görüləcək quruculuq işlərindən sosial fəaliyyətə qədər hər sahədə könüllü şəkildə Ali Baş Komandanın əmrindəyik. Təkcə paytaxt Bakıda deyil, bütün regionlarda, o cümlədən tarixi Azərbaycan torpaqları olan Qarabağda da hərəkatın bölgə ofisləri yaranacaqdır. Qarabağ Azərbaycandır! İLHAMLA DAVAM!”
 



OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

16:15 24.11.2020

Erməni baş redaktordan çağırış: “Qarabağa dönməyin” - VİDEO

16:10 24.11.2020

Xədicənin təhsil haqlarını öhdəsinə götürən Əziz Sancar kimdir? - VİDEO

15:53 24.11.2020

"Qalatasaray" klubu şəhidimiz Fərid Dursunovla bağlı paylaşım etdi - FOTO

15:52 24.11.2020

Putindən Qarabağla bağlı yeni açıqlama - VİDEO

15:41 24.11.2020

Şuşaya aparan avtomobil yolunun inşasına start verildi - FOTO

15:18 24.11.2020

Sosial şəbəkədə gündəmə çevrilən 20 yaşlı qazimizin anası danışdı - VİDEO

15:15 24.11.2020

Azərbaycanda kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı rəsmi AÇIQLAMA

15:06 24.11.2020

Ermənilərin mənimsədiyi xalçamızla bağlı tarixi yalan ifşa edildi: Bizə məxsus olduğu təsdiqləndi - FOTO

15:06 24.11.2020

Ermənistanda daha bir nazir istefa verdi

15:03 24.11.2020

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

14:38 24.11.2020

Ermənilər Kəlbəcərin girişindəki lövhəni sökdü – FOTO

14:34 24.11.2020

Ermənilər Azərbaycan Ordusundan kömək istədi - ANBAAN VİDEO

14:33 24.11.2020

Məzarında “Qalatasaray” bayrağı qaldırılan şəhid zabitimiz - FOTOLAR

14:07 24.11.2020

Ayağından yaralanan İlqar: "Xəstəxanada 1 həftə ağladım ki, məni yenidən müharibəyə göndərin" - VİDEO

14:02 24.11.2020

Səhiyyə Nazirliyi koronavurisla mübarizə aparan həkimlərə əlavə pul ödəyib

13:44 24.11.2020

Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü - FOTO