Azərbaycanda yeni gənclər hərəkatı yaradılır - Elşən Musayevdən sərt mesaj

Azərbaycanda yeni gənclər hərəkatı yaradılır - Elşən Musayevdən sərt mesaj
Bütün Xəbərlər
15:05 18.01.2013
3908

“Ziyalılar forumu” adlanan qurumun üzvlərindən biri, dramaturq Rüstəm İbrahimbəyovun son açıqlamaları ictimai-siyasi sferada yeni müzakirələrə yol açıb.

İbrahimbəyovun söylədiyi fikirlər arasında ən ilginc və diqqət çəkəni isə yaxın zaman kəsiyində yaradılması planlanan hansısa hərəkatla bağlı verilən anonsdur. Gun.Az mövzu ilə bağlı politoloq Elşən Musayevin fikirlərini alıb:“Mən “Ziyalılar Forumu” haqqda dəfələrlə öz mövqeyimi bildirmişəm və bir daha qeyd edirəm ki, bu qurum Azərbaycan ziyalılarının deyil, hakimiyyətdən küskünlərin forumudur (hərçənd belə bir təyinatla yaradılan istənilən təsisata “forum” adı verməyin özü absurddur).Zıyalılar forumu işini itirənlərin, biznesdə iflasa uğrayanların, deputat seçilə bilməyənlərin birləşdiyi tərkibdir! Onların heç bir zaman ziyalı mövqeyi olmayıb. Bu gün pafosla, od-alovla püskürdükləri kin-küdurət də vətəndaş mövqeyinin deyil, şəxsi intriqaların məhsuludur.Sadəcə bu iqtidarla düşmən olmuşkən, fürsətdən bəhrələnib həmin düşmənçiliyin gözünə “vətən sevgisi”, xalq təəssübkeşi”, “millət fədaisi” görüntüsünü də qatmağa çalışırlar!O ki qala, R.İbrahimbəyovun hansısa hərəkatın yaradılacağı ilə bağlı söylədiyi fikirlərə, düşünürəm ki, bu adamdan öncəliklə “hərəkat” dediyi zaman ümumiyyətlə nə başa düşdüyünü, həmin ifadənin İbrahimbəyov üçün hansı anlam daşıdığını soruşmaq lazımdır. Yox əgər bunu da indi təmsil olunduqları qurumun gününə qoyacaqlarsa, o zaman həmin hətrəkatın da, orda təmsil olunacaq insanların da elə bəri başdan gözü aydın olsun.Azərbaycan gəncliyinin nümayəndələrindən sadəcə Bəxtiyar Hacıyev və bir neçə şəxs hərəkatla bağlı məlumatlı olduqlarını, eyni zamanda bu istiqamətdə hansısa işlərin getdiyini vurğulayıblar. Bu isə o deməkdir ki, artıq kontingentlə bağlı ümumi ipucları var. Və ya belə deyək, hələ ki adı hallanan insanlar arasında özümüzə rəqib olacaq birilərini görmürəm.Hərəkat arzusunda olanlarsa çox yox, bir azca səbr etsinlər. Onlara çox yaxın zamanda əsl hərəkatın nə olduğunu əyani şəkildə göstərəcəyik.Və hər kəs əmin olsun: Bu gün meydanda İlham Əliyevi, dövlətçiliyi müdafiə edən mükəmməl bir gənclər ordusu var. Bizimlə baş-başa gəlmək, mübarizə aparmaq düşündükləri qədər asan olmayacaq. Hərdən bu haqda da fikirləşsinlər.Qeyd edək ki, Elşən Musayev 2008-ci Prezident seçkilərində İlham Əliyevin vəkili olub. 

OXŞAR XƏBƏRLƏR