Azərbaycanda yeni qızıl yataqları tapıldı

Azərbaycanda yeni qızıl yataqları tapıldı
Bütün Xəbərlər
11:15 20.01.2015
2186
Azərbaycanda daha iki qızıl yatağı kəşf edilib.
APA-nın məlumatına görə, bunu jurnalistlərə ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bildirib.
Nazirin sözlərinə görə, yataqlar Böyük Qafqaz dağlarının şimal ətəyində və Kiçik Qafqaz dağlarında yerləşir.
“Hazırda nazirlik tərəfindən qızıl yataqların xəritəsi hazırlanır”, - deyə H. Bağırov bildirib.
Nazir əlavə edib ki, hazırda yataqların ehtiyatları dəqiqləşdirilir.
OXŞAR XƏBƏRLƏR