Azərbaycanda yeni tikilmiş iki bina sökülüb

Azərbaycanda yeni tikilmiş iki bina sökülüb
Bütün Xəbərlər
12:59 09.12.2011
1768
Son 6 ildə Bakıda qəbul komissiyasından keçməyən binaların sayı 200-dən 120-yə enib. APA-nın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə təhlükəsizliyə nəzarət Agentliyinin rəis müavini Elxan Əsədov bildirib. Onun sözlərinə görə, bu dövr ərzində 80 bina texniki təhlükəsizlik tələbləri baxımından yoxlanılaraq ona müsbət rəy verilib: “Qalan 120 binanın əksəriyyətinin sahibi rəy almaq üçün müraciət edib. İndiyədək cəmi 6 şirkət rəy almaq üçün müraciət etməyib”. E.Əsədov qeyd edib ki, Azərbaycanda ən çox yol verilən pozuntular layihədən kənara çıxma, artıq mərtəbələrin və layihədə nəzərdə tutulmayan digər sahələrin tikintisi olub: “Artıq mərtəbə olanda həmin mərtəbələr sökülmür, binanın möhkəmliyi yoxlanılır. Binanın möhkəmlik ehtiyatı varsa, əlavə tədbirlər həyata keçirmək şərti ilə bu binalar istismara qəbul edilir. Belə hallarda biz onlara güzəştə gedirik. Yəni məqsədimiz sökmək yox, şirkətləri tikinti norma və qaydalarına riayət etməyə dəvət etməkdir”. Bununla belə, tikinti qanunvericiliyini pozan istənilən şirkət İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada cərimələnirlər. E.Əsədov deyib ki, bu gün ölkədə ən böyük cərimə sanksiyaları məhz tikinti sektorunda nəzərdə tutulub: “Tikinti qanunvericiliyinin pozulmasına görə cərimənin məbləği fiziki şəxslər üçün 300-600 manat, buna imkan yaradan vəzifəli şəxslər üçün 1500-3000, hüquqi şəxslər üçün 15-30 min manatdır. Artıq cərimələnən şirkətlər var”. Azərbaycanda təhlükəsizlik tələblərinə cavab vermədiyinə görə iki yeni tikilmiş bina sökülüb. Bunuda Elxan Əsədov bildirib. Onun sözlərinə görə, bu binalardan biri Sumqayıt şəhərində inşa edilib və texniki araşdırmalar zamanı onun təhlükəsizlik tələblərinə tam cavab vermədiyi aydınlaşıb. Eləcə də məlum olub ki, bu binadakı çatışmazlıqları əlavə bərkitmə işləri ilə aradan qaldırmaq mümkün deyil. Nəticədə, FHN bununla bağlı məhkəməyə müraciət edib və binanın sökülməsi barədə qərar qəbul olunub, bina sökülüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
20:09 24.05.2025
Bu şəxslər pensiyaya tez çıxacaq - ŞƏRTLƏR...
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
19:54 24.05.2025
Rusiya Ukraynaya atəşkəs memorandumu təqdim edəcək
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
19:49 24.05.2025
Ceyhun Bayramov pakistanlı həmkarı ilə Şahbaz Şərifin Azərbaycana səfərini müzakirə edib
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı
19:37 24.05.2025
Dünya çempionatı: İspaniya Serbiya ilə bacarmadı