Azərbaycanda yeni xəbər portalı yarandı

Azərbaycanda yeni xəbər portalı yarandı
MEDİA
09:45 19.03.2014
1285
Azərbaycan mətbuatında daha bir sayt - Aktual.az fəaliyyətə başlayıb. 
Bu barədə tanınmış teleaparıcı Telman Məmmədov məlumat verib. 
O bildirib ki, yeni yaradılmış portalda ölkənin bir neçə peşəkar jurnalisti çalışacaq. Həmçinin gənclərə də portaldakı jurnalistlərin təcrübəsindən yararlanmaq imkanı yaradılacaq. Xəbər portalın məqsədi oxucuları dolğun, obyektiv, qərəzsiz xəbərlərlə təmin etməkdir. Bununla yanaşı, dünyada və ölkədə baş verən hadisələrlə bağlı müntəzəm olaraq analitik yazılar da dərc olunacaq. Həmkarlarımıza uğurlar arzulayırıq! 
OXŞAR XƏBƏRLƏR