01:47 Bazar Günü, 08 Dekabr 2019
SOSİAL

Azərbaycanda yeni xidmət növü yaradılır - RƏSMİ

17:00, 07.11.20196198
Azərbaycanda yeni xidmət növü yaradılır - RƏSMİ
"Hazırda Ədliyyə Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyaları İdarəsi tərəfindən Ədliyyə Nazirliyinin yeni xidmətlərinin yaradılması istiqamətində işlər gedir”.

AZXEBER.COM "apa"ya istinadən xəbər verir ki, bunu bu gün IV Beynəlxalq Bankçılıq Forumunda "Elektrtron icra informasiya sisteminin tətbiqinin gətirdiyi imkanlar” mövzusunda çıxış edən Ədliyyə Nazirliyi İcra baş idarəsinin qrup rəhbəri Tural Məmmədov bildirib.

T. Məmmədov deyib ki, bu işlər çərçivəsində fiziki və hüquqi şəxslərə tərəf olduqları məhkəmə qərarları barədə məlumatların verilməsi barədə xidmət yaradılır: "Bu proses ilin sonuna qədər başa çatacaq. Artıq kredit təşkilatları, hüquqi şəxslər öz evlərindən, ofislərindən kompüterlər vasitəsi ilə Ədliyyə Nazirliyinin veb səhifəsinə daxil olmaqla icra işləri barədə məlumatları dərhal əldə edə biləcəklər. Yəni icra məmurları ilə əlaqədə olmamaqla uzaqdan bu barədə məlumat əldə edilə biləcək.

Digər tərəfdən, hazırda Elektron icra informasiya sisteminin Əsasnaməsi işlənir. İlin sonuna qədər elektron icra informasiya sistemini vətəndaşlar üçün tam istifadəyə verə biləcəyik”.
XƏBƏR LENTİ