Azərbaycanda yenilik - İnformasiya Texnologiyaları Universiteti

Azərbaycanda yenilik - İnformasiya Texnologiyaları Universiteti
Bütün Xəbərlər
13:00 03.08.2013
2080
Abituriyentlərin nəzərinə. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi abituriyentləri İnformasiya Texnologiyaları Universitetinə dəvət edir. 
İnformasiya Texnologiyaları Universiteti prezidentin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə yaradılıb və 2013/2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında aşağıdakı ixtisaslar üzrə mütəxəssis hazırlığı həyata keçirəcək.İnformasiya təhlükəsizliyiKompüter elmləriKompüter mühəndisliyiİnformasiya texnologiyaları və sistemləri mühəndisliyiBirinci il intensiv şəkildə ingilis dili tədris ediləcək, sonrakı 4 ildə isə seçilmiş ixtisaslar üzrə ingilis dilində təhsil aparılacaq. 2013/2014-cü tədris ilində abituriyentlərin qeydiyyatı və ingilis dilinin tədrisi Azərbaycan Diplomatik Akademiyasında aparılacaq.Siz İT Universitetini seçməklə əlavə olaraq 600-dən yuxarı bal toplamış hər bir abituriyentə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərəfindən 1 notbuk, nazirliyinin birlik və müəssisələrində təcrübə keçmək imkanı, universitetin məzunlarının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin birlik və müəssisələrində, özəl şirkətlərdə işlə təmin olunması, universitetin məzunlarına xaricdə magistr pilləsində təhsil almaq üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dəstək verilməsi, müxtəlif həvəsləndirici mükafatlar (əlavə təqaüdlər, yay məktəblərində iştirak və s.) əldə edir.
OXŞAR XƏBƏRLƏR