Azərbaycanda yeniyetmə əmioğlular itkin düşdü

Azərbaycanda yeniyetmə əmioğlular itkin düşdü
SOSİAL
12:38 23.06.2026
278
Ağcabədi rayonunda iki yeniyetmə itkin düşüb.

AZXEBER.COM apa-ya istinadən bildirir ki, rayonun Hüsülü kənd sakinləri, Anar Məmmədov və əmisi oğlu Kamal Məhərrəmli iyunun 22-də evdən çıxaraq naməlum istiqamətdə gediblər və geri qayıtmayıblar.

Hər iki yeniyetmənin 16 yaşı olduğu qeyd olunur.

Ailələri onların itkin düşməsi barədə aidiyyəti üzrə müraciət edib.

Yeniyetmələrin tapılması istiqamətində axtarış tədbirləri həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR