Azərbaycanlı tələbə Gürcüstanda öldü

Azərbaycanlı tələbə Gürcüstanda öldü
SOSİAL
16:33 23.06.2026
259
Gürcüstanın Saqareco bələdiyyəsində baş verən qaz partlayışı nəticəsində ağır yanıq xəsarətləri alan 19 yaşlı azərbaycanlı tələbə Lamiyə Allahverdiyeva vəfat edib.

İormuğanlı kənd sakini olan gənc qız 12 gün ərzində xəstəxanada müalicə alsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, hadisə Tulari kəndində yerləşən evdə baş verib. Mətbəxdə baş verən qaz sızmasının partlayışa səbəb olduğu, nəticədə Lamiyənin ağır yanıq xəsarətləri aldığı bildirilir.

Lamiyə Allahverdiyeva Tbilisidə yerləşən İlya Dövlət Universitetinin Elmlər və İncəsənət fakültəsində Gürcü dilinin ikinci dil kimi tədrisi və inteqrasiya proqramı üzrə təhsil alırdı.
OXŞAR XƏBƏRLƏR