Azərbaycanda yol qəzası: 2 nəfər öldü

Azərbaycanda yol qəzası: 2 nəfər öldü
Bütün Xəbərlər
10:01 09.07.2013
1989

Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda baş verən yol qəzasında iki nəfər ölüb.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, iki nəfərin ölümü, bir nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası Yevlax-Zaqatala-Gürcüstan magistralının 84-cü km-də, Qax rayonunun Qıpçaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

Qax rayonu, Baydarlı kənd sakini 1986-cı il təvəllüdlü Qurbanov İntiqam Nadir oğlunun idarə etdiyi 34-BC-798 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobili, rayonun Kötüklü kəndindən Qıpçaq kəndi istiqamətində hərəkətdə olarkən, magistral yolda hərəkətdə olan, Bakı-Balakən marşrutu üzrə işləyən, Balakən rayon Qazma kənd sakini, 1984-cü il təvəllüdlü Balayev Elvin Bəxtiyar oğlunun idarə etdiyi 90-HH-403 dövlət nömrə nişanlı Mersedes-Benz markalı sərnişin avtobusunu sağ arxa yan hissəsindən vurub.

Baş vermiş qəza nəticəsində “VAZ 21011” markalı avtomobilin  sürücüsü Qurbanov İntiqam Nadir oğlu hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişinlər, 22 yaşlı Qax rayon Qıpçaq kənd sakini Salamov Təbriz Akif oğlu və 22 yaşlı Qax rayon Baydarlı kənd sakini Qasımov Xəyal İmran oğlu Qax  Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstələrdən Salamov Təbriz Akif oğlunun vəziyyəti daha ağır olub və həkimlərin səyinə baxmayaraq, o hadisədən saat yarım sonra xəstəxanada dünyasını dəyişib. Xəstəxanadan verilən məlumata görə, digər yaralı Qasımov Xəyal, ağır kəllə beyin travması ilə reanimasiya şöbəsinə yerləşdirilib. Qəza zamanı avtobusda olan sərnişinlərdən heç biri xəsarət almayıb. 

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN)  Baş Dövlət Yol Polisi İdarəsinin  istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"