Bu gecə Azərbaycanda yük qatarı aşıb. Bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədov verib. Hadisə saat 03.30 radələrində Azərbaycan dəmir yolunun Yevlax hissəsində Gürcüstandan Türkmənistana gedən yük qatarında qeydə alınıb. Hadisə nəticəsində yük qatarının 4 vaqonu relsdən çıxıb. Nəticədə Bakı-Tiflisə, eləcə də, Tiflis-Bakı istiqamətində hərəkət edən qatarların hərəkəti dayandırılıb.