Zaqatala rayonunda piyadanın ağır xəsarəti ilə nəticələnən yol-nəqiyyat hadisəsi baş verib.
Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə axşam saatlarında, Bakı-Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Zaqatala rayonunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Yuxarı Tala kəndində fəaliyyət göstərən fındıq sexlərinin birində çalışan Aşağı Tala kənd sakini,1986-ci il təvəllüdlü Kərimova Ülviyyə İbrahim qızı axşam işdən evə qayıdıb yolu keçən zaman Nuşirəvan Əliyevin idarə etdiyi "VAZ 2107" markalı 90-BV-694 dövlət nömrə nişanlı avtomobil tərəfindən vurulub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan Ülviyyə Kərimova dərhal Zaqatala rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qapalı kəllə-beyin travması ilə təcili Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Ülviyyə Kərimovanın vəziyyətini həkimlər ağır qiymətləndirirlər. Faktla bağlı BDYP- nin təhqiqat bölməsində araşdırmalar aparılır. Hadisənin dəqiq səbəbləri aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
APA xəbər verir ki, qəza törədən Nuşirəvan Əliyev Daxili Qoşunların mayorudur.