Azərbaycanda zabitlər qəzaya düşdü - 1 ölü, 3 yaralı

Azərbaycanda zabitlər qəzaya düşdü - 1 ölü, 3 yaralı
Bütün Xəbərlər
00:38 20.07.2014
2493

Tərtərin Hüsənli kəndi ərazisində 1 nəfərin ölümü, 3 nəfərin isə ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. 

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, qəzaya düşənlər Azərbaycan ordusunun zabitləridir.

Şəxsiyyəti hələlik məlum olmayan sürücü idarə etdiyi "VAZ 2107" markalı minik maşınını aşırıb, nəticədə 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb. Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

 

 

OXŞAR XƏBƏRLƏR