Azərbaycanda Zaman qəzeti və saytı da bağlandı

Azərbaycanda Zaman qəzeti və saytı da bağlandı
MEDİA
14:02 20.07.2016
5112
Azərbaycanda fəaliyyət göstərən "Zaman Azərbaycan" qəzeti və qəzetin rəsmi saytı olan Zaman.az bu gün səhər saatlarından etibarən faəliyyətini dayandırıb.
AZXEBER.COM-un məlumatına görə, bu dəqiqələrdə sayta giriş məhdudlaşıb.
Qeyd edək ki, bu qəzet Türkiyənin "Zaman"qəzetinin Azərbaycan versiyası idi və Fətullah Gülənin rəsmi mətbuat orqanlarından hesab olunurdu. Bir müddət öncə Türkiyədə dövlət adıçəkilən qəzetə əl qoyulmuşdu və sahibləri dəyişdirilmişdi.
Saytın təsisçilərinin yaydığı bəyanatda bildirilir: " Son günlərdə regionumuzda baş verən hadisələr və bu olayların həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlığına təsir edə biləcəyini nəzərə alaraq biz – “Zaman-Azərbaycan” qəzetinin təsisçiləri ictimaiyyətin nəzərinə çatdırırıq ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək bu gündən “Zaman-Azərbaycan” qəzetinin və zaman.az saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik".

Qeyd edək ki, "Zaman-Azərbaycan" qəzeti 1991-ci il mayın 24-dən nəşr olunur.

OXŞAR XƏBƏRLƏR