Azərbaycanda zorla ərə verilən 18 yaşı qız özünü asdı

Azərbaycanda zorla ərə verilən 18 yaşı qız özünü asdı
Bütün Xəbərlər
13:05 16.08.2013
2206

Masallıda valideynləri tərəfindən zorla sevmədiyi oğlana ərə verilən 18 yaşlı gənc qız gecə saatlarında özünü asıb.

Bu barədə Gün.Az-ın bölgə müxbirinə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı Rayon Şöbəsinin rəisi Alışan Təhməzovməlumat verib.Məlumata görə, rayonun Qodman kənd sakini 18 yaşlı Rufanə Hüseynova yaşadığı evdə kəndirlə özünü asıb. Anası qızını sübh saatlarında asılmış vəziyyətdə tapıb.Rayon Prokurorluğundan intiharın səbəbləri barədə heç bir məlumatın olmadığı, istintaq araşdırmalarının aparıldığı bildirilib.Kənd sakinlərinin bildirdiyinə görə, orta məktəbi bu il bitirən qızı sevmədiyi oğlana veriblər. Bu da onun psixoloji durumuna pis təsir edib.Faktla bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanıb.

OXŞAR XƏBƏRLƏR