"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"

"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
SOSİAL
15:53 27.06.2025
813
"Mərdəkan, Şüvalan tərəfdə torpaq qalmayıb, hamısını alıb zövqsüz evlər tikib od qiymətinə satırlar. Bir adam da demir ki, niyə o zonanı belə bərbad günə qoymusunuz? Olmaz ki, bütün ölkələrdə olduğu kimi, hər şəhərin, bölgənin, kəndin bir dizayna uyğun görüntüsünü və rəngini əvvəldən hazırlasınlar və ev tikən insanlara bu layihəyə uyğun tikintiyə icazə verilsin? Heyif deyil o torpaqlar? Bu real olmayan qiymətləri kim təyin edir axı?”

AZXEBER.COM məlumat verir ki, bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb. O, Bakının qəsəbələrində evlərin baha olmasından və zövqsüz dizayn edilməsindən şikayətlənib:

"2-3 makler gəzir ortalıqda, torpağı ucuz qiymətə alıb, 3-4 sotla bölüb, bir-birinə bənzər ucuz və keyfiyyətsiz materiallardan istifadə edib, zövqsüz evləri tikib 350 mindən 2 milyona kimi qiymətlərlə satırlar. Bu adamların arxasında duranların pulları var, amma insaf və zövqləri yoxdur.

Zövqlü və bağlı şəhərciklər tikənlər də var, amma qiymətlər o qədər yüksəkdir ki, heç Amerikada və Avropada elə qiymətə ev və villalar yoxdur”.
OXŞAR XƏBƏRLƏR