Azərbaycandan Corc Buşa hədiyyə

Azərbaycandan Corc Buşa hədiyyə
Bütün Xəbərlər
12:30 24.04.2012
1736

Azərbaycanın Vaşinqtondakı səfiri ata Corc Buşla onun Hyuston şəhərindəki qərargah ofisində görüşüb.

AZXEBER.COM-un Azərtac-a iatinadən verdiyi xəbərə görə, Azərbaycanın Vaşinqtondakı səfiri Elin Süleymanov Texas ştatına işgüzar səfəri çərçivəsində ABŞ-ın sabiq prezidenti ata Corc Buşla onun Hyuston şəhərindəki qərargah ofisində görüşüb.

Səfirlikdən bildiriblər ki, E.Süleymanov Azərbaycan ilə ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 20 illiyi münasibəti ilə Corc Buşa fəxri fərman və 2000-ci ildə onunla ümumilli lider Heydər Əliyevin görüşündən xatirə şəkilləri təqdim edib. Corc Buş göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmiş, Azərbaycan-ABŞ münaisəbtlərinin strateji əhəmiyyətini vurğulayıb. O, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə görüşündən xoş xatirələrini bölüşüb. Xatırladaq ki, ABŞ-ın 41-ci prezidenti Corc Buş 1989-1993-cü illərdə hakimiyyətdə olub. Azərbaycan-Amerika arasında diplomatik münasibətlərin qurulması və Bakıda ABŞ səfirliyinin açılması qərarı məhz onun hakimiyyətdə olduğu dğvrdə qəbul edilib.

OXŞAR XƏBƏRLƏR