Azərbaycandan ilk reaksiya: “Fransa parlamentinin qərarı münasibətlərimizə təsir edə bilər”
Bütün Xəbərlər
19:49 22.12.2011
2077
Azərbaycan Prezidenti Administrasiyasının şöbə müdiri Fransa parlamentinin qondarma "erməni soyqırımı" ilə bağlı qəbul etdiyi qərarı ədalətsiz adlandırıb. "Biz qeyd etmişik ki, bu qərar ədalətli deyil. Bu, əslində bu gün Fransanın özünün demokratik bir dövlət, cəmiyyət kimi imicinə təsir göstərir, fikir azadlığının, mövqe azadlığının həddindən artıq məhdudlaşması deməkdir". Bunu jurnalistlərə Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.