Azərbaycandan İrana sərt cavab: 'Biz bunu cavabsız qoymayacağıq'
Bütün Xəbərlər
02:07 19.05.2012
1931
Azərbaycan Xarici İşlər Nazirliyi İranda Azərbaycan əleyhinə bəzi aksiyaların keçirilməsinə münasibət bildirib. APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev son günlər Təbrizdə Azərbaycanın konsulluğu qarşısında aksiyalar keçirilməsinə münasibətdə qeyd edib ki, Azərbaycan tərəfi belə ifadələri və təhqirləri qeyri-məqbul hesab edir: “Biz bunu cavabsız qoymayacağıq. Azərbaycan bunlara adekvat cavab verəcək. Azərbaycan müstəqil dövlətdir, onun daxili işlərinə müdaxilə yolverilməzdir”. E. Abdullayev İranda həbs edilən, Azərbaycan vətəndaşı olan iki şair haqqında da hələlik heç bir məlumat olmadığını bildirib: “İran tərəfi həftənin sonuna qədər onların taleyi barədə xəbər verəcəyini bildirmişdi. Lakin hələ də bir xəbər yoxdu”.