Azərbaycandan İŞİD-ə pul göndərənlərin MƏHKƏMƏSİ BAŞLADI

Azərbaycandan İŞİD-ə pul göndərənlərin MƏHKƏMƏSİ BAŞLADI
HADİSƏ
09:34 07.05.2025
408
Terroru maliyyələşdirmədə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihama görə, hazırda Azərbaycandan kənarda yaşayan Şükür Həmidli və Elşən Mustafayev əvvəlcə Türkiyəyə, oradan isə Suriyaya gedərək bu ölkədə vətəndaş müharibəsində iştirak ediblər.

İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxslər sosial şəbəkələrdə topladıqları vəsaiti Şükür Həmidlinin göndərdiyi kartlara köçürüblər.

Sözügedən pullar onların üzvü olduğu "İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına göndərilib. Anar Salamzadə prosesdə deyib ki, Şükür Həmidli onun sinif yoldaşı və dostu olub: "Şükür bir müddət əvvəl Suriyaya köçüb. O, köçdükdən 3 ay sonra mənə yazaraq bildirdi ki, ailə qurub və hazırda Suriyada vuruşur. Lakin, maddi dəstəyə ehtiyacı olduğunu dedi.

Daha sonra mənə videolar göndərərək vəziyyətin acınacaqlı olduğunu və çadır, yemək kimi gündəlik ehtiyaclar üçün pul lazım olduğunu bildirdi. Onlara ərzaq yardımı etmək üçün pul göndərdim. Mənim göndərdiyim pulla silah alınmayıb. İttihamda adı keçən Elşən Mustafayevi və digərlərini tanımıram. İŞİD ilə əlaqəmiz olmayıb. Şükür Həmidlinin də İŞİD ilə əlaqəsi olmayıb. Mən Şəkidə çalışıram, 500-600 manat maaş alıram. Əvvəl də Şəkidə sədəqə vermişəm, yardımlar etmişəm. Terror təşkilatı olduğunu düşünsəydim, yardım etməzdim”.

Daha sonra prosesdə təqsirləndirilən Xəqani Ömərov ifadə verib. Onun sözlərinə görə, Elşən Mustafayev onun yeznəsidir:
"Elşən Mustafayev mənim bacımın həyat yoldaşıdır. Onlar Suriyaya köçüblər. Elşən məndən xahiş etdi ki, bacıma yardım üçün ona bank kartı verim. Mən də kartımı verdim, daha sonra pul köçürmələri başladı. Ona kimlərin pul göndərdiyini bilmirəm. Ümumiyyətlə Suriyaya heç bir pul köçürməsi etməmişəm. Onlar Suriyadakı evlərini satıb Sumqayıtda ev alacaqdılar. Demişdi ki, bacımı Azərbaycana göndərmək istəyirlər. Mən sadəcə 30 min pulun yığılması zamanı dəstək olmuşam. Terrora dəstəklə bağlı məlumatım olmayıb”.

Növbəti proses mayın 27-ə təyin olunub.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə təqsirli bilinən şəxslər 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilərlər.
 
/report
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
19:33 10.05.2025
Türkiyə Hindistanla Pakistan arasında atəşkəs qərarını alqışlayıb
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
19:18 10.05.2025
“Rusiya sülhü rədd edərsə...” - Kir Starmer
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
19:06 10.05.2025
Prezidentdən mühüm mesaj: Bizimlə bu gün hesablaşmayan sabah peşman olur
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
19:01 10.05.2025
Bakının bu bölgəsində təhlükə: İlanlar peyda oldu - VİDEO
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
18:57 10.05.2025
Lənkəranda avtomobil 10 yaşlı məktəblini vurub
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
18:51 10.05.2025
“Bir fikrimiz də var, onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm” - İlham Əliyev
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
18:44 10.05.2025
Prezident: Vətən müharibəsi həm peşəkarlıq, həm qəhrəmanlıq, həm milli ruh salnaməsidir
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
18:41 10.05.2025
Hindistan və Pakistan arasında atəşkəs əldə olundu
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
18:35 10.05.2025
Azərbaycan Prezidenti: Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
18:31 10.05.2025
Prezident və xanımı Ağdam Muğam Mərkəzinin açılışını ediblər - FOTOLAR
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
18:19 10.05.2025
Şəkidə yük maşını ilə mikroavtobus toqquşdu - Xəsarət alanlar var
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
18:13 10.05.2025
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
17:44 10.05.2025
Ukrayna 30 günlük atəşkəsə hazır olduğunu bəyan edib
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
17:25 10.05.2025
Tofiq Yaqublu aclıq aksiyasını dayandırıb
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
17:07 10.05.2025
Türkiyədə turistləri daşıyan avtobus qəzaya uğrayıb, 8 nəfər ölüb, 20-si yaralanıb
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər
16:59 10.05.2025
Tramp: Hindistan və Pakistan atəşkəs barədə razılığa gəliblər