Azərbaycandan təxliyə olunan Gürcüstan vətəndaşında koronavirus aşkarlandı

Azərbaycandan təxliyə olunan Gürcüstan vətəndaşında koronavirus aşkarlandı
SOSİAL
13:02 03.07.2020
591
Gürcüstanda son sutkada koronavirus diaqnozu qoyulan 4 nəfərdən biri Azərbaycandan təxliyə olunan vətəndaşdır.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, həmin şəxs Gürcüstan sərhədini keçəndən sonra karantin zonasına yerləşdirilib.

Həkim Gürcüstan vətəndaşının vəziyyətinin ağır olmadığını qeyd edib.
OXŞAR XƏBƏRLƏR