İslam Kərimovun qızı ilə bağlı çirkli pulların yuyulması işi: Yeni qərar verildi

İslam Kərimovun qızı ilə bağlı çirkli pulların yuyulması işi: Yeni qərar verildi
DÜNYA
01:25 29.07.2026
137
İsveçrə məhkəməsi Özbəkistanın birinci prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova ilə əlaqəli iş üzrə təxminən 500 milyon ABŞ dolları məbləğində vəsaitin müsadirə olunmasına qərar verib.

AZXEBER.COM "Sputnik Özbəkistan"a istinadən xəbər verir ki, məhkəmə Gülnarə Kərimova ilə əlaqələndirilən çirkli pulların yuyulması işi üzrə araşdırma aparıb.

İstintaqın versiyasına görə, "Lombard Odier" bankı qanunsuz yolla əldə edilmiş vəsaitlərin leqallaşdırılmasının qarşısını almayıb. Bankın keçmiş meneceri iki il müddətinə şərti azadlıqdan məhrumetmə cəzası alıb, maliyyə qurumu isə 3,6 milyon ABŞ dolları məbləğində cərimələnib.

İsveçrə prokurorluğu Gülnarə Kərimovanı mütəşəkkil cinayətkar qrup yaratmaqda və çirkli pulların yuyulmasında ittiham edib. Lakin onun barəsindəki cinayət işi dayandırılıb. Buna səbəb kimi Kərimovanın hazırda Özbəkistanda həbsdə olması və məhkəmə prosesində iştirak edə bilməməsi göstərilib.

Xatırladaq ki, Gülnarə Kərimova 2020-ci ildə 13 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onu dələduzluq, hədə-qorxu ilə tələb etmə, mənimsəmə, quldurluq, çirkli pulların yuyulması və digər cinayətlərdə təqsirli bilib.
OXŞAR XƏBƏRLƏR